İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


18.06.2020  16:59 

“Emin 444”ün qətlində təqsirləndirilən dünya çempionu İFADƏ VERDİ





A+  A-

Kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovu qətlə yetirməkdə təqsirləndirilən, idman ustası, dünya çempionu olmuş Zaur Yusifov və Həsən Tağıyevin cinayət işi üzrə məhkəmə davam edir.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
XəzərNews.az-ın "BakuPost"a istinadən məlumatına görə, istintaqa ifadə verən Zaur Yusifov ona ünvanlanan ittihamla özünü təqsirli bilməyib. O ilk dəfə istintaqa ifadə verməkdən imtina edib. Bildirib ki, Binəqədi RPİ-də Həsən Tağıyevə verilən amansız işgəncə nəticəsində onun əleyhinə ifadə alınıb:

“Hər zaman hər iki şəxsi barışdırıb, mehriban olmasını istəmişəm, istintaqın saxta və fiziki təzyiqlə alınmış ifadəyə istinad edərək mənə qarşı xüsusilə ağır cinayətin törədilməsi ilə bağlı əsassız ittiham irəli sürdüyünü, həmin ərazidə olan yaşayış binasının müşahidə kamerasının bilərəkdən götürülmədiyini, mənə törətmədiyim əmələ görə qanunsuz ittiham verildiyini diqqətinizə çatdırıram və verilən ittihama etiraz əlaməti olaraq istintaq hərəkətlərində iştirak etməkdən, ifadə verməkdən imtina edirəm. Emin Səfərovla Həsən Tağıyev arasında olan münasibətləri səciyyələndirən hallar aydınlaşdırılarsa, müşahidə kameralarının çəkdikləri götürülərsə, istintaq hərəkətlərində iştirak etməyə hazıram”.

1 aydan sonra ifadə verən Zaur Yusifov bildirib ki, Həsən Tağıyevi uzun illərdir tanıyır:

“Həsən uzun müddət məndən kikboks üzrə dərs alıb. Həsənlə münasibətim həmişə yaxşı olub. Həsən tez-tez çayxanama gəlib. Səfərov Emin Ehtiram oğlunu 1 ildən artıq olar ki, qardaşı Elçinə görə tanımışam. Belə ki, Elçin uzun illər onun yaşadığı evin qarşısında olan 5 mərtəbəli binada yaşayırdı. Elçinlə mənim münasibətim həmişə yaxşı olub. Emin isə uzun müddət məhkumluq həyatı yaşayıb, həbsdən çıxıb evimizin yaxınlığında binada qalıb. Həmin müddət ərzində Emini tanıdım, normal münasibətimiz olub. Eminin toyunda isə qardaşım Zamin iştirak edib. Emin Binəqədi Polis İdarəsində saxlanılan zaman Həsən vasitəsi ilə bir neçə dəfə yemək, 200 manat pul göndərmişəm. Emin həbsdən çıxandan sonra 2019-cu ilin aprel ayının sonlarında bir dəfə polis sahə müvəkkili mənə zəng edib Eminin telefon nömrəsini istədi. Mən də Elçinə zəng edib Eminin nömrəsini polisin istədiyini dedim. Elçin də Eminin nömrəsini verdi. Bu zaman Emin özü mənə zəng edib kimin axtardığını soruşdu, mən də Eminə 7-ci PB-nin müavinin onu ev dustaqlığına görə axtardığını, zəng edib müavinlə mehriban danışmasını dedim. Təxminən 1 saat sonra mən “Nargilə” çay evində olan zaman Emin çay evinin yanında olan "moyka"ya gəlib avtomobilini yuduzdurdu, Emin mənə qışqıraraq “Həci təksən? Gəlim yanına dərdləşək” sözlərini dedi. Mən özüm "moyka"nın yanına gəldim, Eminlə ayaqüstü söhbət etdik. Emin mənə müavinlə görüşdüyünü, həmçinin “Həci, məni məhləmizdən kimsə polisə satır” sözlərini dedi. 2 gün əvvəl Emini polislər saxlamışdı. Eminə ətrafında olan uşaqlardan şübhələnməsini dedim, eyni zamanda təzə ailə həyatı qurduğunu, Eminə bir yaxın kimi bütün həyatını ailəsinə sərf etməsini məsləhət verdim. Həmin vaxtı təsadüfən Həsən bizə yaxınlaşıb salam verdi, bu zaman Emin acıqlı formada Həsənə “görürsən söhbət edirik, söhbətimizə icazəsiz daxil olub, mane olursan” dedi. Bu sözlər Həsənin xoşuna gəlmədi və Həsən ərk edib yaxınlaşdığını bildirdi. Mən Həsənə kənarda durmasını deyib, Eminin avtomobilinə oturdum. Həmin gün Elçinə zəng edib Eminlə aramızda olan söhbəti danışdım. Elçin mənə “Eminə deyəcəm, gəlib sənin könlünü alacaq, sən də onun könlünü alarsan, biz qardaşıq” sözlərini dedi”.

Təqsirləndirilən dünya çempionu deyib ki, həmin gün Həsən evlərinin qarşısına gəlib:

“Həsənə Emini görəndə mehribançılıq etməsini, aralarında anlaşılmazlıq olduğunu dedim. Bir az həyətdə Həsənlə söhbət etdik, Emin avtomobili ilə evinin qarşısına gəldi. Emin “Həci, otur maşına, söhbət edək” dedi. Mən də Eminin avtomobilinə qabaq sağ oturacağa əyləşdim, bu zaman Həsən Eminin arxasında arxa oturacaqda oturdu. Həmin vaxt Emin acıqlanıb Həsənə “sən niyə oturdun maşına, düş aşağı” dedi, lakin Həsən avtomobildən düşmədiyi üçün Emin söyüşlə qışqıraraq Həsənə maşından düşməsini, yoxsa vuracağını dedi. Emin yüksək səslə qışqırdığı üçün səsə qardaşım Zamin gəldi. Zamin “Emin, qaqa, nə olub, niyə qışqırırsan” deyə soruşdu, Emin isə Həsəni göstərib, “gəl bunu maşından rədd elə, vurub qanına qaltan edəcəm” dedi. Zamin qapını açdı, Həsən də düşdü. Emin də bu zaman telefonla kiməsə zəng edib “Həsən mənə hörmətsizlik elədi, onu gəlin tapın, vurub cırıq-cırıq edin” sözlərini dedi. Həmçinin pəncərədən Həsənə “qayıdım, səni qanına qaltan edəcəm” sözlərini bildirdi. Yolda olan zaman Emin mənə “Həsəni qudurtmusan, mənim sözümü eşitmir, hörmətsizlik edir” dedi, mən də Emini sakitləşdirməyə çalışdım. Xatırlatdım ki, tutulanda Həsən ona nə qədər yemək daşıyıb, çörək gətirib, həmişə hörmətinizi saxlayıb. Həmin vaxt Emin avtomobili Sədərək yolu istiqamətində sürdü. Kimlərəsə yığıb “Həsən “qad”dı, onu tapın vurun, mənə hörmətsizlik edib” dedi”.

Z.Yusifov qeyd edib ki, həmin günü Eminin qardaşı Elçinlə də telefonda danışıb, Həsənə də zəng edib evdən bayıra çıxmamasını deyib:

“Evə çatanda Həsən bizdəydi. Ona dedim ki, narahat olma, barışıq edəcəm. Həsəni yaşadığı evə yola saldım və bir müddət 6-cı mkr-na gəlməməsini dedim. Hər dəfə Eminlə rastlaşanda o mənə “Həsəni mənimlə görüşdür, qoy mən onun başına bir sillə vurum ki, hamıya dərs olsun, mənə heç kim hörmətsizlik edə bilməz”. Mən də hər dəfə Eminə Həsənin pis oğlan olmadığını, həm də Həsənə isə Eminə hörmətlə yanaşmasını, çalışıb münasibətlər düzəlməyənədək üz-üzə gəlməmələrini, soyuqluq aradan qalxandan sonra onları stol arxasında bir tikə çörək kəsdirib, barışdıracağını dedim. Eminə birlikdə Həsənlə görüşməyi təklif etdim. Emin isə Həsənlə tək görüşmək istədiyini dedi.

09.05.2019-cu il tarixdə günorta saatlarında Həsənlə birlikdə evdə təmir işləri gördük. Axşam saat 17-18 radələrində Həsənlə evdən çıxıb “Nargilə” çay evinin qarşısına getdik. Mən marketə girəndə Həsən "moyka"da işləyən oğlanlarla söhbət edirdi. Bu zaman kimsə mənə “Emin Həsəni maşına otuzdurub aparır” dedi. Qaçaraq marketdən çıxıb, avtomobilə yaxınlaşdım və sükandan tutub Eminin avtomobili sürməsinə imkan vermədim. Eminlə olan söhbətlərimi Elçinlə “Votsap” proqramı ilə danışdım. Elçin məsələni özü yoluna qoyacağını bildirdi. Hava qaralan zaman Emin avtomobili ilə evinin qarşısına gəlib siqnal verdi, mən bayıra çıxanda Emin ona “Həci, Həsəni ver, 5-10 dəqiqə aparım, maşnda söhbət edib gətirirəm” dedi. Mən Eminin Həsəni vuracağını bildiyim üçün Eminə “get məktəbin yanında, parkda olan çayxanaya, Həsəni də götürüb oraya gələcəm, söhbət edərik” dedim. Emin mənə “Nargilə” kafesində oturub gözləyəcəyini, Həsəni gətirməyənədək kafedən çıxmayacağını bildirdi. Mən də Eminə kafedə adamların çox olduğunu, parka getməsini demişdim. Evdə Həsənə “Eminlə görüşəndə mehribançılıq edərsən, könlünü alarsan, sənə nəsə desə, yola verərsən, heç nə deməzsən” dedim, Həsən isə “mənim heç bir günahım yoxdur, niyə ondan üzr istəməliyəm, ama sənə görə yola verərəm” dedi. Həsənlə evdən çıxıb parka getdik. Bu zaman “Nargilə” kafesini işlədən "Qara" ləqəbli Təbriz mənə zəng edib “həci, sənə mesaj yazmışam, oxudun?” dedi, mesajda “Emin kafeyə gəlib, deyir ki, burdan çıxmayacam, həciyə deyərsiz, kafeni gəlib məndən təhvil alar” yazılmışdı. Mən həmin mesajı "kopya"layıb Elçinə göndərdim və “Eminin elədiyi hərəkətə bax, mən sizə qardaşlıq etmişəm” yazdım. Elçin yazını oxuyan kimi mənə zəng elədi. “Həci, üzürlü hesab elə, sən bizim qardaşımızsan, Eminə zəng edib ağzımdan çıxan sözü deyəcəm, zaryadkam qurtarır, səni yığacam, narahat olma, bu söhbəti bir dəfəlik qurtaracam” dedi. Həsənlə birlikdə atamın evinin qarşısına yaxınlaşdım, Həsənə “mən girirəm atamgilə, bu gün atamın ad günüdür, sən də get evinizə” dedim. Təxminən yarım saat ərzində qapı zəngi oldu, atam qan içində qışqıraraq həyətə daxil olub “məni vurdular, ölürəm, onlar orada bir-birini qırırlar” dedi. Mən həyəcanla bayıra çıxdım, qardaşım isə atamın yanında qaldı. Çölə çıxdıqda gördüm ki, Eminin avtomobili səkinin üzərində əyri şəkildə qalıb. Maşına yaxınlaşanda gördüm ki, Həsən ayaqüstə Emini bıçaqla vurur, Emin əl-qol atıb, özünü müdafiə edir. Mən Həsəni ayağının diz nahiyyəsindən vurub uzaqlaşdırmaq istədim, bu zaman hiss etdim ki, sol ayağına nəsə dəydi. Həmin vaxt Həsən qışqıraraq mənə “Həci, məni burax, bu məni canımdan bezdirib, məndən əl çəkmir” dedi. Mən Həsəni Eminin üzərindən kənarlaşdırdım. Həmin vaxt Həsənə hirsli şəkildə “Allah bəlanı versin, niyə belə etdin” dedim. Ətrafda olanlara təcili tibbi yardım çağırmalarını, Emini xəstəxanaya aparmalarını yalvararaq qışqırdım. Bununla yanaşı, hadisə barədə polisə məlumat vermələrini də xahiş etdim. Daha sonra atamla birlikdə 7-ci PB-nə gedib hadisə barədə məlumat verdik”.

İdman ustası bildirib ki, Emin Səfərova xəsarət yetirməyib, ümumiyyətlə, hadisə vaxtı orada olmayıb:

“Eminlə aramda olan mübahisə zamanı üzərimdə odlu silah olmayıb, ümumiyyətlə, hər zaman gənclərə də bir əməkdar məşqçi kimi bıçaqdan, silahdan kənar durmağı tövsiyə etmişəm. Emin Səfərov hər zaman qanunsuz hərəkətlər edərək Həsəni bu həddə çatdırıb. Mən hər zaman Eminin qanunsuz hərəkətlərindən yayınmağa, daha çox sülh yolu tutmağa çalışmışam, hətta qardaşı Elçinə və şəxsən özünə dost-qardaş kimi yaşamağı məsləhət görmüşəm. Emin Həsəni açıq şəkildə bezdirib”.

Zaur Yusifov onun barəsində səsləndirlən "sələmçi" iddiasına da münasibət bildirib:

“Sələmçilik söhbəti Eminin ailəsi tərəfindən istintaqı çaşdırmaq üçün ortaya atılıb, məqsəd Eminin özbaşına, qanunsuz, cinayətkar əməlinin istiqamətini dəyişdirməkdir. Mən Emindən fərqli olaraq, hər zaman imkansızlara kömək etmişəm, dini inancla davamlı məşğul olduğumdan tam bəllidir ki, sələm müsəlmanın ən böyük günahıdır. Mən həyatımda bir manat belə sələmə pul verməmişəm, gəlir əldə etməmişəm”.

Qeyd edək ki, məlum qətl hadisəsi 2019-cu il may ayının 10-na keçən gecə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Haşımov küçəsində baş verib.

1995-ci il təvəllüdlü Həsən Tağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürüb.
Həsən Tağıyev saxlanılıb, 1984-cü il təvəllüdlü Zaur Yusifov mayın 12-də şübhəli şəxs qismində tutulub.

Xatırladaq ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınıb.
O, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adam olub.

Xəbər 968 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +