Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri


20.06.2020  16:52 

“Lotu Quli“nin adamını öldürdüyü deyilən şəxsin ŞOK İFADƏSİ - TƏFƏRRÜATLAR





A+  A-

Kriminal aləmdə “Emin 444” kimi tanınan şəxsi qətlə yetirməkdə təqsirləndirilən Həsən Tağıyev və Zaur Yusifovun cinayət işi üzrə məhkəmə prosesi davam etməkdədir.
XəzərNews.az-ın "BakuPost"a istinadən məlumatına görə, cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
İş üzrə təqsirləndirilən Həsən Tağıyev istintaqda ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, ötən il aprelin 30-da o, Zaurla birlikdə “Nargilə” çay evində olan zaman Emin öz avtomobili ilə çay evi ilə üzbəüz olan "moyka"ya gəlib. O və Zaur da çay evindən çıxaraq Zaurla Emin salamlaşıb söhbət etməyə başlayıb.
Həmin vaxt Həsən onların yanında dayanıb. "Emin yenə özündən razı “məni kimsə tutdurur, ama bilmirəm kimdir” və başqa sözlər deməyə başlayıb. Bu zaman Zaurla Emin arasında sözlə mübahisə yaranmağa başlayıb: “Bu vaxt Emin mənə “get işinlə məşğul ol, bizim yanımızda dayanma” sözlərini dedi. Zaur da mənə kənarda dayanmağı məsləhət gördü. Bundan sonra Zaur Eminin avtomobilinə minib, onlar sürüb getdi. Mən avtomobilinin arxası ilə baxdıqda gördüm ki, avtomobil Zaurun yaşadığı ev istiqamətdə gedir. Təxminən 10 dəqiqədən sonra Emin Zauru avtomobili ilə gətirib “Nargilə” çay evinin qarşısında düşürüb getdi. Zaurdan nə baş verdiyini soruşdum. Zaur Eminlə bir daha sonra söhbət edəcəyini dedi. Mən Zaurla birlikdə onların evinə getdim, təxminən yarım saat ərzində Zaurun evində olan zaman o, Eminin qardaşı Elçinlə zəng edib danışdı. Elə bu zaman evin qarşısında avtomobil, siqnal səsi eşitdim. Mən Zaurla birlikdə evin qarşısına çıxdım, Emin Zaura “otur maşına gedək, görəcəksən” sözlərini dedi. Zaur Eminin avtomobilinin qabaq sağ oturacağında oturdu, mən də Zaurla Emin arasında dava olacağından ehtiyat etdiyim üçün maşına mindim. Bu zaman Emin mənə avtomobildən düşməyini dedi. Mən isə düşmədim. Zaurun qardaşı Zamin çölə çıxdı. O məndən maşından düşməyimi xahiş etdi, onun sözündən sonra düşdüm. Emin avtomobildən düşüb mənı əli ilə işarə edib “sən görəcəksən, səninlə söhbət edəcəm” dedi, həmçinin Zaura “sən bunu qudurdubsan” dedi.



Bir az sonra Zaur evə gəldi və mənə dedi ki, Eminlə mehribançılıq olub, amma Emin hamıya zəng edib deyib ki, məni harada görsələr vursunlar, guya ki Eminə hörmətsizlik etmişəm. Zaur mənə bildirdi ki, avtomobildə olan zaman Emin kimlərəsə zəng edib “Həsəni görüb vurmayan özünü tanımır, Həsən mənə hörmətsizlik edib” deyib. Əvəzində isə Zaur Eminə “Həsən sizə heç bir hörmətsizlik etməyib, sən tutulanda Həsən sənə çörək aparıb” deyib. Zaur mənə narahat olmamağımı, evinə getməyimi, Elçinlə danışıb məsələni yoluna qoyacağını dedi”.

Təqsirləndirilən şəxs istintaqda qeyd edib ki, səhəri gün onu tanıyan oğlanlar zəng edib ortalıqda görsənməməyini, Eminin onu axtardığını, vurduracağını, keçməyəcəyini deyiblər: “Mən bu barədə Zaurla danışanda, Zaur mənə bir-iki gün gözə görünməməyimi, Elçin gələndən sonra məsələni həll edəcəyini dedi. Bu söhbətlərdən sonra mən özünü qorumaq üçün üzərində bıçaq gəzdirdim. Hadisə günü Emin avtomobili ilə gəlib mənim yanında dayandı və “Həsən, tez ol, otur maşında” sözlərini dedi. Mən avtomobilə minməyərək, Eminə hörmətsizlik etmədiyini dedim. Emin isə mənə “bu səfər Zaur da səni qurtara bilməyəcək, otur maşına” dedi. Mən qabaqda oturmaq istədikdə Emin mənə qabaqda zibil olduğunu, arxada oturmağımı dedi. Emin avtomobili sürüb getmək istəyən zaman Zaur marketdən çıxaraq qapının pəncərəsi açıq olduğundan əli ilə sükanı burub tutub. Mənə maşından düşməyimi tapşırdı. Emin Zaura işinə qarışmamağı, özünün nə etdiyini bildiyini dedi. Zaur Eminə “biz dostuq, Elçinlə də danışmışam, Həsən sənə hörmətsizlik etmir” dedi, bu zaman Emin dirsək altı hissədən balaca bıçağa bənzər nəsə götürüb, Zaura “ya səni vuracam, ya da bunu, çəkil o tərəfə, gedim mən” sözlərini dedi, lakin Zaur sükanı buraxmadı, bundan sonra Emin qapını açıb mənə düşməyini bildirdi. Eminlə Zaur nəsə söhbət etdilər. Sonra Zaur yanıma gəlib dedi ki, “Emin gedir, adam yığmağa”. Zaurun evində heç kim olmadığından mən Zaurla evinə doğru getməyə başladım. Artıq axşam saatlarında Zaurun evinin qarşısında Eminin maşının səsini eşitdim. Zaur evdən bayıra çıxıb qayıtdı və mənə “Emin əl çəkmir, səni istəyir” dedi. Zaur mənə Eminlə parkda görüşməyə razılaşdıqlarını, mənimlə Emini barışdıracağını dedi.

Biz Zaurla birlikdə evdən çıxıb parka doğru getdik. Elə bu zaman "Nargilə"ni işlədən Qara Zaura zəng edib dedi ki, Emin oraya gəlib, ofisianta kafeni axşam gəlib təhvil alacağını, Zaurun isə kafeni ondan almasını deyib. həmçinin Qara Zaura bu barədə "Vatsap"da mesaj yazıb. Zaur həmin yazını Elçinə göndərdi. Elçin də Zaura Eminin əvəzindən üzrxahlıq edib, gələn kimi məsələni həll edəcəyini dedi. Bundan sonra Zaurla onun atası Əlinin evinin qarşısına gəldik”.

Həsən Tağıyev bildirib ki, Zaur atası Əlinin evinə girəndən sonra o Sosial Müdafiə Fondunun binasının qarşısına çatmamış olan hissədə arxadan maşın səsi eşidib və Eminin maşınını görüb: “Eminlə söhbəti özüm həll etmək qərarına gəlib, maşına yaxınlaşdım. Emin “min maşına” dedi, mən isə maşına minməyəcəyimi bildirdim. Elə bu zaman Emin sürətlər qutusu tərəfdə dirsək altının yanına əlini atıb bıçaq götürdü və mənə pəncərədən bıçaq vurmaq istədi. Mən bıçağı sağ əlimlə ilə tutdum və sol əlimlə sumkadan bıçağımı çıxardım. Eminə özünün bıçağı ilə də zərbələr vurdum. Eminin maşını arxaya doğru getməyə başladı, mən də maşının yanı ilə arxaya getdim. Maşın səkinin üzərində arxa təkərləri havada qaldı. Emini ayağından vurandan sonra sağ tərəfdən Əlinin oturduğu hissəyə keçdim. Əli artıq maşından düşüb Eminlə mənim aramızda dayanıb “bəsdirin, məni də vurduz” sözlərini dedi və evinə tərəf getdi. Bu zaman Emin maşından düşüb üstümə doğru gəlirdi. Bıçaqla bir neçə zərbə də vurdum. Bir də gördüm ki, Zaur qarşımdadır. O, “Həsən nə etdin, eləmə-elmə” deyib çıxıb getdi. Əlimdə bıçaq Eminin yanında dayandım, oradan Şəhruza və atam Mərdana zəng edib hadisə barədə dedim. Sonra gözləməyə başladım, ətrafa çoxlu adamlar toplanmağa başlamışdı. YPX əməkdaşı oraya gəldi, mən adam vurduğumu dedim. Məni götürüb 7-ci PB-nə apardılar”.

Təqsirləndirilən şəxs Həsən Tağıyev bir neçə gün sonra prokurorluğa ərizə ilə müraciət edərək əməlindən səmimi peşman olduğunu, hazırda istintaqla əməkdaşlıq etmək istədiyini, hadisəni olduğu kimi danışmaq istədiyini, cinayətin əsas iştirakçısının Zaur Yusifov olduğunu qeyd edərək, yenidən dindirilməsini xahiş edib.

O, qeyd edib ki, hadisə baş verən zaman tək olmayıb, ondan başqa hadisə yerində məşqçisi Zaur Yusifov və sonuncunun atası Əli Yusifov olub: “Hadisə baş verən zaman Əli, Emin Zaurdan başqa orada heç kim olmayıb. Hadisə zamanı mən Zaurun xəsarət alıb-almamasını bilməmişəm. Yalnız Zaur Emini bıçaqla vurarkən Əli Zaura “bəsdir dayan məni də vurdun” dedi. Bundan sonra bildim, Əli xəsarət alıb. Mən yalnız Zaur mənə vurmağı dedikdən sonra Eminin bir dəfə ayağından, səkidən müvazinətini itirib üzərimə gələn zaman isə məni vuracağından qorxaraq səhv etmirsə iki dəfə də qarın nahiyəsinə bıçaqla vurmuşam. Emin Səfərov arxası üstə yerdə uzanıqlı halda olan zaman Eminə xəsarət yetirməmişəm.

Əli Yusifov Zaurla məni Eminlə barışdırmaq üçün çağırmışdı. Əlinin üzərində heç bir silah görmədim, Əli Eminə xəsarət yetirməyib. Əksinə Əli, Zaur Emini maşının içərisində vuran zaman ona mane olmağa çalışıb".

Qeyd edək ki, məlum qətl hadisəsi 2019-cu il may ayının 10-na keçən gecə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Haşımov küçəsində baş verib.
1995-ci il təvəllüdlü Həsən Tağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürüb.
Həsən Tağıyev saxlanılıb, 1984-cü il təvəllüdlü Zaur Yusifov mayın 12-də şübhəli şəxs qismində tutulub.

Xatırladaq ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınıb.
O, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adam olub.

Xəbər 2274 dəfə oxunub.




12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +