“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


19.06.2020  10:46 

Koronavirusa yoluxanlar üçün ayrılan xəstəxana ilə bağlı qərar dəyişildi





A+  A-

Göyçay Rayon Mərkəzi Xəstəxanası COVİD-19-la mübarizə xəxtəxanası kimi fəaliyyətini dayandırıb, əvvəlki qayda ilə xəstə qəbuluna başlayıb.
XzəərNews.az xəbər verir ki, Göyçay RMX PHŞ-in direktoru Elçin Bilalov APA-ya bildirib ki, bu səhiyyə ocağı iyunun 17-də koronavirusla mübarizə məqsədilə karantin xəstəxanasına çevrilmişdi: "Sonra TƏBİB-də bu məsələ yenidən müzakirə edilib, Göyçay RMX-nin bölgənin ən böyük xəstəxanası olması, Göyçaydan xəstələrin uzaq məsafəyə - Ağsu, Yevlax, Mingəçevir və Kürdəmir xəstəxanalarına gedə bilməməsi, eləcə də Göyçay xəstəxanasında çalışan tanınmış həkimlərə və orada quraşdırılan müasir tibbi müayinə avadanlıqlarına görə, Göyçay və ətraf rayonlardan hər gün minlərlə xəstənin müraciət etməsi nəzərə alınaraq, Göyçay Rayon Mərkəzi Xəstəxanasının COVİD-19-la mübarizə xəstəxanası kimi yox, əvvəlki qaydada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilib.

Bu gün səhər saatlarından başlayaraq Göyçay RMX-nın kollektivi adi qaydada xəstə qəbuluna başlayıb.



Xəbər 1865 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +