AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


17.06.2020  16:10 

“Azərsu”dan vacib açıqlama: “Suyu qənaətlə verməyə məcburuq” – Rəsmi





A+  A-

Son günlər ölkə ərazisinin müxtəlif yaşayış massivlərində, eləcə də Bakının ayrı-ayrı rayonlarında mənzillərə su verilişinin ya tamam dayandırıldığı, ya da uzun fasilələrlə və qısa müddətə verildiyi haqda məlumatlar yayılıb.
XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, təmsil etdiyi qurumun 1 milyona yaxın abonenti var.

Onun sözlərinə görə, havaların istiləşməsi ilə suya olan tələbat da artıb: “Həmişə iyun ayının birinci yarısında havalar isinməsi ilə insanlar sudan suvarma, üzgüçülük hovuzların doldurulması məqsədilə istifadə edir. Bu dövrdə “Azərsu”yun rejimində müəyyən dalğalanmalar, pozulmalar baş verib. Amma cari ildə bu, daha çox oldu. Çünki bu il pandemiya ilə əlaqədar olaraq bağ mövsümü daha tez başladı. Yəni məktəblər bağlı olduğu üçün insanların əksəriyyəti şəhərdəki evlərindən bağ evlərinə axın etdi. Bu isə bağ evlərində sudan daha çox istifadəni artırdı. İkinci amil Bakıdan rayonlara çıxış məhdud olduğu üçün insanlar daha çox Abşeron yarımadasında qaldı. Üçüncü isə pandemiya dönəmində insanların əllərini tez-tez yumasıdır ki, bu da suya olan tələbatı artırır”.

Qurum rəsmisinin sözlərinə görə, iyun ayının birinci yarısında insanlar tərəfindən su istehlakı 40% artıb: “Baxmayaraq ki, “Azərsu”yun bütün anbarlardan, mənbələrdən verilən rejim tam gücündə işləyirdi, amma su istehlakının artması rejim pozuntularına səbəb oldu. Çətinliyimiz Kürdə suyun azalması ilə bağlı idi, oradan su götürə bilmirdik. Kür çayından su götürdüyümüz nasosların ətrafını lildən, palçıqdan təmizlədik, artıq suyun götürülməsini təmin etmişik”.

Anar Cəbrayıllı deyir ki, qış aylarında Bakıya 11 kub su verilirsə, yayda bu həcm 16-27 kuba çatdırılır: “Bakıya verilən suyun həcminin maksimum artırmışıq. Sadəcə tələbatın artması ilə bağlı anbar ehtiyatlarımız azaldı, magistrallarda suyun təzyiqi aşağı düşdü, nəticədə hidravlik rejim pozuldu.

Ötən həftənin əvvəllərində daha çox ərazilərdə su fasilələrinin yaranması, qrafiklərin pozulması, təzyiqin aşağı düşməsi halları var idi. Bu hallar daha çox Xətaidə, Yeni Günəşlidə, Yasamalda müşahidə olunurdu. Artıq onların böyük hissəsini həll etmişik.

Hazırda problemli ərazilərimiz Masazırın bir hissəsi, kənd Binəqədi, eləcə də Binəqədinin mədən əraziləri, Gülüstan yaşayış massivinin bir hissəsi, Sabunçu qəsəbəsinin bir hissəsi, Suraxanı rayonunun Bahar bağları, Şüvəlanın bir hissəsi və bağ massivlərinin adlarını çəkmək olar. Bu ərazilərdə təzyiqin aşağı düşməsi halları və su verilişində qrafikdən kənarlaşmalar var idi. Artıq problemin böyük hissəsini həll etmişik”.

Qurum rəsmisi eyni zamanda vətəndaşlara çağırış edib: “Vətəndaşlara bir daha çağırış edirik ki, xüsusən bağlarda yaşayan insanlar sudan qənaətlə istifadə etsinlər. Suvarma məqsədi ilə suyu necə gəldi, kortəbii istifadə etməsinlər. Çünki onların istifadə etdikləri su digər obyektlərin susuz qalması ilə nəticələnir. Sistemdə təzyiq aşağı düşür və Şüvəlan, Əmircan, Bülbülə kimi ucqar yerlərə su gedib çıxmır.

Ötən həftənin ikinci yarısından mənbələrdən verilən suyu artırdıq. Daha sonra rejim tənzimləmələri apardıq. Elə yerlər var ki, ora 24 saat su verirdik, artıq gecələr verilən suyu saxlayıb anbarlara yığırıq ki, ehtiyatımız çoxalsın. Elə yerlər də var idi ki, 10 saat su verirdik, artıq 8 saat su veririk. Oradan qənaət etdiyimiz suyu digər ərazilərə yönəldirik. “Azərsu”yun əsas hədəfi odur ki, hamıya su çatsın.

İnsanlar var ki, 24 saat su alır, yenə də zəng vurub şikayət edir ki, gecələr suyu niyə kəsirsiz? Deyərdim ki, son günlər daxil olan şikayətlərin bir qismi 24 saatın pozulması ilə bağlı idi. Su çatışmazlığı müşahidə olunan günlərdə Nizami rayonunda və digər 24 saatlıq rejimdə olan ərazilərdə günorta vaxtı suyun verilişini 4-5 saat bağlamalı olduq. Bununla da anbarlarda su ehtiyatları artırıldı ki, həm Xətaiyə, həm də digər rayonlara normal su verə bilək”.

Anar Cəbrayıllı deyir ki, hazırda Azərbaycanda kifayət qədər içməli su ehtiyatı var: “Bu gün Kürdən, Oğuz-Qəbələdən, Şollardan, Ceyranbatandan da lazım olan qədər suyu götürüb əhaliyə veririk. Yəni “içməli su ehtiyatları qurtarıb deyə, az veririk” belə bir şey yoxdur. Şirin su ehtiyatlarımız azalmağına azalıb. Ötən gün Ekologiya naziri çıxışında bildirdi ki, həm qar ehtiyatları azalıb, həm yağıntının miqdarı aşağı düşüb. Belə hallar var, amma o demək deyil ki, qıtlıqdır”.

Xəbər 2636 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +