London Rusiya ilə Azərbaycanın arasını vurmağa çalışır ?
Zaxarovadan SSRİ mesajı
Səfərbərlik Xidmətinin 9 əməkdaşı işdən çıxarıldı
Masallının “İstisu”sunda antisanitar vəziyyət höküm sürür
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışını etdi
Rusiya Azərbaycandan konsulluq girişi tələb edir
Ukrayna Rusiyanın Lipetsk vilayətinə hücum edib
Sadır Japarov Azərbyacana yola düşüb
Əliyev və Paşinyanın Dubayda görüşü planlaşdırılır?
Emin Ağalarov Rusiyada konsertini təxirə salıb


13.06.2020  15:53 

Koronavirusun simptomsuz fəsadları açıqlandı





A+  A-

Koronavirusun asimptomatik daşıyıcıları ağciyər həcmində azalmanı və böyrək funksiyalarının pozulmasını hiss etməyə bilərlər.
XəzərNews.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Corc Meyson Universitetinin biologiya elmləri doktoru Anna Baranova açıqlama verib. O qeyd edib ki, virusun asimptomatik daşıyıcıları əsasən gənclərdir və onlar çox vaxt həkimlərin diqqətindən yayınırlar.

"Onlar başqa səbəblə həkimə müraciət edirlər. Məsələn mədəaltı vəzinin yoxlanılması üçün xəstəyə kompyuter tomoqrafiyası aparılır. Burda isə xəstənin ağciyərinin zədələndiyi məlum olur. Bunu stereometriya müayinəsi ilə tomoqrafiyasız da müəyyənləşdirmək olar. Əgər xəstənin ciyərlərinin ölçüsü azalıbsa, bu koronavirusun təsiri ola bilər",-deyə Dr. Baranova qeyd edib.

Anna Baranova əlavə edib ki, koronavirusun asimptomatik daşıyıcılarında ağciyərin kiçilməsi ilə yanaşı böyrək fəaliyyətində də pozulma ola bilər. O bildirib ki, glomerular filtrasiya üçün bir qan testindən keçməklə bunu müəyyənləşdirmək mümkündür.

Bu səbəbdən Anna Baranova koronavirus testi müsbət çıxan asimptomatik daşıyıcılara həkimə müraciət edərək ağciyər və böyrəklərini müayinədən keçirməyi tövsiyə edib.

Xəbər 2511 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı

02.07.2025  20:48 

Bu restoranlar cərimələnib


BÜTÜN XƏBƏRLƏR +