Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


10.06.2020  08:51 

ABŞ-da ilk dəfə bu vəzifəyə afroamerikalı gətirildi





A+  A-

ABŞ tarixində ilk dəfə afroamerikalı generala yüksək vəzifə verilib.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, Prezident Donald Tramp tərəfindən Amerikanın Hərbi Hava Qüvvələrinin komandiri vəzifəsinə namizəd göstərilən Çarlz Braun 98 senatorun səsverməsi ilə bu posta təyin olunub. Təyinatın afroamerikalı Corc Floydun öldürülməsinə qarşı aksiyaların fonunda edilməsi diqqət çəkib.

Braun bu vəzifəyədək ABŞ-ın Hind-Sakit Okean Komandanlığında komandir kimi çalışırdı.

Tramp Çarlz Braunun Hərbi Hava Qüvvələrinin komandiri təyin edilməsindən sonra Tvitterdə post paylaşaraq həyəcanlı olduğunu bildirib:

“ABŞ-ın ilk afroamerikalı komandiri olaraq general Çarlz Braunu Hərbi Hava Qüvvələri Komandanlığına təyinetmə qərarım senat tərəfindən təsdiqləndi. ABŞ üçün tarixi bir gündür. Böyük vətənpərvər və lider olan general Braun ilə işləyəcəyim üçün həyəcanlıyam”.

Xəbər 2743 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +