Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


09.06.2020  13:26 

Meksikada etirazçılar dövlət binalarını dağıtdı





A+  A-

Meksikanın paytaxtı Mexiko şəhərində polis zorakılığına etiraz edən nümayişçilər dövlət binalarına hücum edib.
XəzərNews.az “TRT Haber”ə istinadən xəbər verir ki, ABŞ-da afroamerikalı Corc Floydun öldürülməsindən sonra bütün dünyada başlayan etirazlar Meksikada da şiddətli hadisələrə yol açıb. Meksikanın Xalisko ştatında polis tərəfindən tutulduqdan sonra həyatını itirən Giovanni Lopezin ölümünə görə etirazçılar polisin məsuliyyətə cəlb olunmasını tələb edib.

Bundan əlavə, 16 yaşında bir qızın keçən cümə günü polis tərəfindən zorakılığa məruz qalması ilə bağlı iddialar etirazların şiddətini daha da artırıb. Qara geyinən və maska taxan etirazçılar bankları, kafeləri və ictimai binaları dağıdıblar.

Polis nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib.



Xəbər 3414 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +