AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


05.06.2020  20:16 

Küləkli hava koronavirusa yoluxmanı artıra bilərmi?





A+  A-

Havaların küləkli keçməsi koronavirusa yoluxmanı artıra bilərmi?
XəzərNews.az xəbər verir ki, bu suala AzTV-də yayımlanan “Çıxışa doğru” verilişində Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov cavab verib:

“Sübuta yetirilmiş tibbi nöqteyi-nəzərdən əlimizdə real belə bir fakt yoxdur. Bunu konkret şəkildə demək doğru olmaz. Ümumiyyətlə, virutik xəstəliklərin, yoluxucu xəstəliklərin xüsusiyyətlərinə baxdığımız zaman hava-damcı yolu ilə yayılan infeksiyaların artmasına səbəb ola biləcək bir ehtimaldır.

İkinci bir tərəfdən, hamını maraqlandıran bir sual var ki, temperatur yüksəldikcə virutik xəstəliklərin, hər bir dərəcə temperaturun artması bəlli bir faiz virusun azalmasına səbəb olur. Bəs bu gün niyə bu təzad var? Bəlkə də, böyük bir şansımızdır ki, biz yay mövsümünə başlamışıq. Əgər biz ikinci, üçüncü dalğamı deyək– yenidən alovlanma hadisəsini sentyabr, oktyabr aylarında yaşasaydıq, bu daha dəhşətli rəqəmlərlə – bugünkü 325-lər yerinə insanların ictimai və fərdi münasibətinə görə daha çətin bir vəziyyətlə üzləşə bilərdik. Yay, isti havalar bizi bir qədər qoruyur. Dünya tibbi bunun cavabını hələ tam verə bilmədiyinə görə, fərqli düşüncələr, psixolojik fərqli yanaşma ola bilər.

Bir şeyi qəbul etməliyik ki, dünyada pandemiya var və bu pandemiyanın hədəfi insan oğludur”.

Xəbər 2078 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +