London Rusiya ilə Azərbaycanın arasını vurmağa çalışır ?
Zaxarovadan SSRİ mesajı
Səfərbərlik Xidmətinin 9 əməkdaşı işdən çıxarıldı
Masallının “İstisu”sunda antisanitar vəziyyət höküm sürür
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışını etdi
Rusiya Azərbaycandan konsulluq girişi tələb edir
Ukrayna Rusiyanın Lipetsk vilayətinə hücum edib
Sadır Japarov Azərbyacana yola düşüb
Əliyev və Paşinyanın Dubayda görüşü planlaşdırılır?
Emin Ağalarov Rusiyada konsertini təxirə salıb


05.06.2020  14:21 

FHN-dən çimərliklərlə bağlı xəbərdarlıq





A+  A-

Fövləqadə Hallar Nazirliyi bu həftəsonu üçün verilən qapadılma qərarı ilə bağlı çimərliklərə getmək istəyənlərə xəbərdarlıq edib.
FHN-dən XəzərNews.az-a verilən məlumata görə, son günlər havaların qızması ilə əlaqədar bəzi vətəndaşların hələ çimərlik mövsümü açıq elan olunmamış çimərliklərə üz tutmasını nəzərə alaraq, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonununda yaşayan vətəndaşların göstərilən tarixlərdə evdə qalmaları bildirilir və çimərlikdən istifadə məqsədilə yaşayış və ya olduğu yerləri tərk etmələri qəti şəkildə qadağan olunur.

Nazirlik vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi əməl etməyə çağırır.

Xatırladaq ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün göstərilən ərazilərdə yaşayan şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək tərk etməsi qadağan edilib.

Xəbər 3182 dəfə oxunub.




03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı

02.07.2025  20:48 

Bu restoranlar cərimələnib


BÜTÜN XƏBƏRLƏR +