Rəhim Qazıyev saxlanıldı
Hava şəraiti il bağlı xəbərdarlıq
Məmmədyarov Lavrovla telefonla danışdı
Prezident Təhlükəsizlik Şurasının iclasını çağırdı
Ucardakı qətli mərhumun oğlu törədibmiş
Tovuz istiqamətində 2 erməni polisi yaralanıb
Baş əsgər də torpağa tapşırıldı
Üç övladı şəhid atanı yola saldı...
23 yaşlı qız ov tüfəngi ilə güllələndi
Dünyada yoluxanların sayı 13 milyonu ötdü


04.06.2020  10:05 

Polisin öldürdüyü Corc Floydun koronavirusa yoluxduğu məlum oldu





A+  A-

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polis tərəfindən boğularaq öldürülən afroamerikalı Corc Floydda koronavirusa yoluxma faktı aşkarlanıb.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Hennepin dairəsinin məhkəmə-tibb ekspertiza bürosunun saytında yayımlanmış meyityarma məlumatlarında qeyd olunub.

“3 may 2020-ci il tarixində aparılan COVID-19 analizləri pozitiv nəticələnib”,- deyə Baş məhkəmə-tibb eksperti Endryu Beyker tərəfindən imzalanmış sənəddə yazılıb.

Bununla belə Beyker infeksiyanın ölümünə səbəb ola biləcəyini deməyib. Hennepin dairəsinin məhkəmə-tibb ekspertizasının məlumatına görə, Floyd ürək-ağciyər şokundan (ürək dayanması və tənəffüsün kəsilməsi ) həyatını itirib.

Mərhumun ailəsi tərəfindən təşkil olunan müstəqil ekspertlər isə ölümə boğulmanın səbəb olduğunu müəyyən ediblər.

Xəbər 654 dəfə oxunub.




13.07.2020  18:16 

Rəhim Qazıyev saxlanıldı

13.07.2020  09:43 

Bakıda sex yandı, yaralanan var

12.07.2020  19:11 

“Sabah”da yeni təyinatlar


BÜTÜN XƏBƏRLƏR +