Ermənistan vətəndaşı Azərbaycana keçdi + Video
Milli Məclisdəki dağıntıların görüntüsü - VİDEO
Tovuzda daha bir evə mərmi düşdü + Video
Daha bir həkim koronavirusdan vəfat etdi
Ermənistanda yoluxanların sayı 33 mini keçdi
İrəvanda Göy məsciddə bomba həyəcanı
“Komandir də yatarmı, ay oğul?!” - Video
Fransada maska məcburi olacaq
“Beş aydır evə gəlmirdi, gəlişi belə oldu” - Video
Qazax da atəşə tutuldu


03.06.2020  16:29 

Təhsil Nazirliyinə 2 milyon manat ayrıldı





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
XəzərNews.az xəbər verir ki, sərəncamda deyilir:

1. Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər 812 dəfə oxunub.




15.07.2020  14:39 

Sabaha olan hava proqnozu

15.07.2020  10:56 

Fransada maska məcburi olacaq

14.07.2020  17:05 

Qazax da atəşə tutuldu


BÜTÜN XƏBƏRLƏR +