Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək


03.06.2020  12:54 

“Ailə inkişaf planı” hazırlanacaq





A+  A-

Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ailə inkişaf planı” hazırlanacaq.
XəzərNews.az xəbər verir ki, “Ailə inkişaf planı”nın hazırlanması üçün ilk növbədə uşaqlarını dövlət uşaq müəssisələrinə verən ailələrə səfərlər təşkil olunmaqla, onlarla bağlı qiymətləndirmələrin aparılmasına başlanıb.

Qiymətləndirmələr bu ailələrin uşaqlarını müəssisəyə yerləşdirmə səbəbləri, sosial-psixoloji vəziyyəti, sosial-müdafiə ehtiyacları, uşağın ailədə yaşamaq potensialı, riskləri və s. üzrə aparılır.

Bu qiymətləndirmələrin nəticələri əsasında hazırlanacaq “Ailə inkişaf planı” üzrə həmin ailələrlə bağlı zəruri istiqamətlərdə sosial dəstək tədbirlərinin görülməsi nəzərdə tutulub.

Qiymətləndirmə prosesinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2 regional Ailələrə Dəstək Mərkəzinin, UNİCEF-in Azərbaycanın regional layihələrindəki sosial işçi heyətinin, “SOS Uşaq Kəndləri” Azərbaycan Assosiasiyasının “Bakı Ailələrə Dəstək Mərkəzi”nin sosial işçiləri cəlb edilib.

Onlara Nazirlik tərəfindən onlayn platforma vasitəsi ilə zəruri təlimatlar verilib, sosial xidmətə ehtiyacı müəyyənləşdirən beynəlxalq standartlara uyğun qiymətləndirmə sənədləri təqdim edilib.

Xəbər 3323 dəfə oxunub.




01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +