Ermənistan vətəndaşı Azərbaycana keçdi + Video
Milli Məclisdəki dağıntıların görüntüsü - VİDEO
Tovuzda daha bir evə mərmi düşdü + Video
Daha bir həkim koronavirusdan vəfat etdi
Ermənistanda yoluxanların sayı 33 mini keçdi
İrəvanda Göy məsciddə bomba həyəcanı
“Komandir də yatarmı, ay oğul?!” - Video
Fransada maska məcburi olacaq
“Beş aydır evə gəlmirdi, gəlişi belə oldu” - Video
Qazax da atəşə tutuldu


02.06.2020  16:54 

Vahid Əhmədov bu dəfə Elman Rüstəmovu tənqid etdi





A+  A-

“Dövlət büdcəsi yalnız Maliyyə Nazirliyinin büdcəsi deyil. Elə suallar var ki, biz onu digər qurumların rəhbərlərindən də soruşmaq istərdik. Xüsusilə bank sistemi ilə bağlı suallarım var idi”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentdə dövlət büdcəsinin icrası ilə bağlı layihənin müzakirəsində çıxış edərkən deyib. O qeyd edib ki, bank sisteminin monitar siyasətin qorunması istiqamətində əhəmiyyəti var: “Dövlət büdcəsinin icrasına daha dəqiq yanaşmalıyıq. Bir sıra hökumət üzvlərini çağırmalıyıq ki, suallarımıza cavab versin.

Hazırda Mərkəzi Bankın rəhbərliyi burada yoxdur. Düzdür, 2019-cu ildə uçot dərəcəsində enmələr baş verdi. Ancaq 2019- cu ildə bank sistemində ciddi irəliləyişə nail ola bilmədik. Problemlər hələ də qalmaqdadır. Yüksək faiz dərəcələri, istehlak kreditləri qalıb. Bu da real sektorunun inkişafına təsir edib.

Mərkəzi Bank 2020-ci ildə həm uçot dərəcəsi, həm də real sektorun inkişafını diqqətdə saxlamalıdır. Bu yaxınlarda 4 bank bağlandı. Bunların hamısının birlikdə əmanəti 700 milyon manatdan artıqdır. Burada söhbət ancaq əmanətlərdən gedir. Doğrudan da həmin banklarda vəsait varmı bu qədər əmanəti qaytarmağa? Yoxsa yenə dövlət büdcəsinə müraciət edəcəklərmi? Mən açığı bankların bağlanmasının tərəfdarı olmamışam. Bunların birləşdirilməsi prosesi olmalıydı. İnsanlar kifayət qədər iş yerlərini itiriblər”.

V. Əhmədov insanların içməli su, o cümlədən suvarma sistemləriylə bağlı məsələlərinin həlli üçün Maliyyə nazirinin ölkə başçısına məruzə etməsini istəyib.

Deputat, həmçinin ölkədə ixracın yox səviyyəsində olduğunu vurğulayıb: “Sadəcə neft və bir-iki kənd təsərrüfatlı məhsulu ixrac edirik. Qalan heç bir sahədə, xüsusilə də sənayedə ixrac yoxdur. Azərbaycanda iri sənaye müəssisələrinin yaradılmasına ehtiyac var”.

Xəbər 676 dəfə oxunub.




15.07.2020  14:39 

Sabaha olan hava proqnozu

15.07.2020  10:56 

Fransada maska məcburi olacaq

14.07.2020  17:05 

Qazax da atəşə tutuldu


BÜTÜN XƏBƏRLƏR +