Reanimasiyada olanların sayı açıqlandı
190 manatı gözləyənlərə şad xəbər - Video
İmtahanların nəticələri açıqlandı
Sabah 37 dərəcə isti olacaq
Ana qızını xilas edərkən özü öldü
Atəşkəs yenə pozuldu
Daha 534 nəfər koronavirusa yoluxdu
5 mindən çox obyektdə pozuntu aşkarlandı
Azərbaycan XİN ABŞ-ı təbrik etdi
Türkiyədə lunaparklar açılır


01.06.2020  09:11 

Buraxılış imtahanlarının vaxtı açıqlandı





A+  A-

Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.
XəzərNews.az-a daxil olan məlumata görə, Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.

İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.

İmtahanlar 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. İmtahana buraxılış vərəqəsi gün ərzində DİM-in saytında yerləşdiriləcək.

6 və 7 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər ilə cədvəldə tanış ola bilərsiniz. Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəsonu günlərində keçiriləcək.

Qeyd edək ki, üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ölkədən) gələ bilməmək və s. ) 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq.

Xəbər 1055 dəfə oxunub.




05.07.2020  21:44 

Koronanı necə yenmək olar?

05.07.2020  16:48 

“Qalatasaray”da ayrılıq

05.07.2020  15:11 

Sabah 37 dərəcə isti olacaq

05.07.2020  10:28 

Atəşkəs yenə pozuldu

04.07.2020  15:48 

Türkiyədə lunaparklar açılır

04.07.2020  15:09 

Sabah 38 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +