30-39 yaş arası yoluxanların sayı artıb
İcazələrin alınması sistemində yenilik
“Karantin rejimini davam etdirməliyik”
Çimərliklərdə 25 dərəcə isti olacaq
Deputat da Mərkəzi Bankı ittiham etdi
Dünənki qəzalarda 5 nəfər ölüb
Etibar Babayev koronavirusdan vəfat etdi
Bu hallarda SMS icazə tələb olunmur
Küçəyə yenə SMS-icazə ilə çıxacağıq
Metro da iyulun 20-dək bağlanır


31.05.2020  14:16 

Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı





A+  A-

Masallı rayonun Ərkivan-Kosakül ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq qazılıb daşınması barədə Masallı rayon prokurorluğundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Masallı rayon Ərkivan bələdiyyəsinin sədri vəzifəsini icra etmiş Anar Rəcəbovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini qəsdən pozaraq 2015-2016-cı illər ərzində bələdiyyənin mülkiyyətində olan 5 hektar kənd təsərrüfatı kateqoriyalı, örüş təyinatlı torpaq sahələrinin xüsusi texnikanın köməkliyi ilə qazılaraq gil və qum çınqıl yatağının daşınması nəticəsində yararsız vəziyyətə salınmasına şərait yaradıb təbiətə ümumilikdə 644 min manat məbləğində ziyan vurmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 843 dəfə oxunub.




03.07.2020  13:50 

Messi “Barselona”dan ayrılır

03.07.2020  11:53 

Yeniyetmə Kür çayında batdı

03.07.2020  08:51 

Neft bahalaşdı

02.07.2020  20:06 

Metro da iyulun 20-dək bağlanır


BÜTÜN XƏBƏRLƏR +