Londonda məhkəmə işi ilə gündəm olan deputatın oğlu Bakıda obyekt tikir
Partiyaların maliyyə hesabatı şəffafdırmı?
Həcc ziyarətinə sənəd qəbulu niyə dayandırılıb?
Dilənçi payı üçün papaq atırlar
Biz tələbələrin istəklərini nəzərə aldıq – Foto/Video
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?


23.05.2020  14:02 

Sonuncu savaş – möhtəşəm “oyun”





A+  A-


Burada hər şey nisbidir. Burada hamılıqla sınaq müddətinə yaşamağa məhkum edilmiş pasientlərik. Açıq səma altında qurulmuş insan laboratoriyasında hər birimizin üzərində bütün növ “sınaq-təcrübə işləri” aparılır və bizdən xəbərsiz. Biz, dünya evinin məhkumlarıyıq. Mən bir şeyə əminəm ki, Ərşin izni olmasa, Fələyin çərxi dövr eləməz – elə adı olan, amma özünün mövcudluğu şübhə doğuran koronavirus kimi.

Ötən yazımda (Korona və virus – qorxulu kabus) dünyanı sükunət nöqtəsində saxlamaqda davam edən quramavirus mövzusuna öz baxış bucağımdan nəzər salmağa çalışdım və bu haqda təkrar nələrisə zikr etmək fikrində deyiləm. Axı, hamı görür, dərk edir ki, indi dünya enişə doğru istiqamətlənib. Bu möhtəşəm “oyunu” quranlar, bizi qumar kartı kimi qarışdıranlar hələ dünya yuxuda ikən onu bataqlığa yuvarlamağı bacardılar, bəlkə də bunun tamam əksidir – dağılmaqda olan dünyanı “koronavirus” adıyla xilas etdilər, çünki irəliləyən zaman gerçəkliyində baş verənlərin xəstəliklə ciddi bir əlaqəsinin olmaması daha çox diqqəti özünə çəkir. Bu, özlüyündə sizlərə nələrisə anlatmırmı? Tarixə baxsanız, görərsiniz ki, bu sayaq halların “oxşarları” zaman-zaman dövriyəyə buraxılıb və ondan məqsədli şəkildə, həm də gərəyincə istifadə edilib...

Hər halda, bu gün beyin mərkəzlərində bu ideoloji (bəlkə də bioloji) “silahın” tətiyinin hansı ölkədən çəkildiyi ilə bağlı dartışmalar davam etməkdədir. Fərqi nədir ki, bunu ABŞ edib, yaxud Çin, yaxud da hansısa güc mərkəzi. Əsas odur ki, tətik çəkilib və iddia olunan o “silah” atıldı, “qəlpələri” də hər tərəfə yayıldı. Dünya insanları məcburi “ev dustaqlığı” məhkumluğundan hələ tam azad edilməyib. Təbii ki, baş verənlər səbəbsiz cərəyan etmir, hər nədirsə burda bildiyimiz və bilmədiyimiz çox illətlər vardır. İlk görünən odur ki, insan öz acizliyini dərk etsin deyə, bütün insanlıq sınağa çəkildi. Baxın, ən böyük nemət əlimizdən alındı: nə rahatlıqla evdən çıxa, nə də doğmaların məzarlarını ziyarət edə bildik, hətta dualarımız belə həbs olundu - Kəbənin, Kərbəlanın... bütün müqəddəs məkanların qapısı hələ də üzümüzə qapanıb. Bu “oyunu” quranlar qorxu xofunu sürətləndirmək üçün Roma Papasından tutmuş, İngiltərənin, Kanadanın baş nazirinə kimi tanınmış simaları da bir müddət “yorğan-döşəyə” sala bildilər. Yəni, dünya görsün ki, bax, bu cür möhtəşəmlər virusa “yoluxa” bilibsə, sizlər daha rahatlıqla qurbana çevrilə bilərsiniz. Hər halda, uzaq məqsədlərə hesablanan “gediş” edildi və bu böyük “oyunun” tezliklə bitəcəyini də xəyal etməyin.

Baş verənlərin həqiqət, yaxud onun əksi olduğunu düşünsək belə, reallıqda idrak edilən budur ki, hər şey Yaradanın nəzarətindədir – yəni, Kosmik gücün izni olmadan yerdə heç nə baş vermir. Bütün dağıdıcı fəlakətlərin, kütləvi qırğınların baş verməsini İlahi ədalətsizlik kimi dəyərləndirməyə də haqqımız yetmir: burda “qurular” kimi, “yaşlar” da eyni, bəlkə də daha çox günah payına malikdirlər. Bu təsdiqi təsdiqləyən bir hekayətə diqqət edək: Bir gün Allah Hz.Şüheyb peyğəmbərə vəhy nazil edir ki, “ey Şüheyb, sənin qövmündən 100 min insana əzab göndərib, onları həlak edəcəyəm; onlardan 40 mini pis, 60 mini isə yaxşılardan ibarət olacaqdır”. Hz. Şüheyb - “ya Rəbbim, pisləri anladım, bəs yaxşıların cəzalanmalarının səbəbi nədir”, - deyə sual etdikdə, Allah-Təala buyurur ki, yaxşıların cəzalandırılmasının səbəbi onların pislərin pisliklərini görüb seyrçi qalmalarıdır – zamanında təpki göstərmədilər, zalımların zülmünə göz yumdular, onlarla diz-dizə oturdular, amma səsini çıxarmadılar, cəlladlarından belə imdad dilədilər...

Fələyin gərdişi necə dəyişdisə, 190 manatlıq sədəqəyə möhtac edildik. Onu da biri aldı, yüzü yox. Unudulduğunuzun fərqinə vardınızmı? Nədən belə olduğunu heç düşündünüzmü? Əlbəttə, yox!

Biz nədən unudulduq? Təbii ki, ilk öncə özümüzü unutduq, haqqa “ləbbeyk” dedik, amma haqq sözü deməyə özümüzdə cəsarət tapmadıq, bir pillə ucalmaq üçün yüz pillə eniş etdik. Nə dost bildik, nə sirdaş, nə qonşu haqqını bildik, nə də qohum-əqrəba. Hər işdə bir təmənna umduq – kamala deyil, daha çox camala dəyər verdik və sonucda isə Haqqı unutduq. Baxın, koronavirus bunu bizə akademik şəkildə anlatdı ki, bir gün vəhşi heyvanları, quşları qəfəsdən azad edib sizləri “ev qəfəsinə” sala, baxımsız halda taleyin ümidinə buraxa bilərəm. İndi 190 manatlıq sədəqəni doğru-dürüst verməyə əli gəlməyən, “necə qalmağın” yollarını göstərmədən “evdə qal” deyə-deyə insanları səfalətlə baş-başa buraxanlardan inciməyə nədən haqqımız olmalıdır ki? Neft və milyonlar səltənətində ehtiyac içində yaşamağın dadını qaçırmayın və düşünün: düşünün ki, nədən belə oldu?
Əgər, fərqinə varsaydıq və düşünsəydik, o zaman heç bir halda Paşinyanın Şuşaya təşrif gətirməsinə pafosla “Azərbaycan əsgəri, Şuşanı vur”, “komandir, Şuşanı vur” – deyib, əttökən təpki göstərməzdik. İndi məqam öz halımıza ağı deyib ağlamaq məqamıdır. İnnən belə bizə ağlayan olmayacaq.

Yenə bir ibrətamiz hekayəti xatırlatmaq istərdim: bir gün Süleyman peyğəmbər bir qarışqaya - ”sənin illik azuqən nə qədərdir”, - deyə sual edir. Qarışqa - “bir buğda dənəsi” – deyir. Bunun ardından Süleyman peyğəmbər qarışqanı götürüb bir qaba qoyur, yanına da bir buğda dənəsi buraxıb ağzını qapayır. Bir ilin tamamında gəlib qabın qapağını qaldırıb baxanda heyrətlənir. Qarışqanın, sadəcə, buğdanın yarısını yediyini görüncə, digər yarısını nədən yeməməsinin səbəbini soruşur. Qarışqa - “əvvəlcə mən Allah-Təalaya təvəkkül edib, sonrasını düşünməyib bütöv buğda dənəsini tamam yeyərdim, çünki O, məni unutmurdu. Ancaq bu qabın içinə həbs edilincə, yarısını yemək məcburiyyətində qaldım, yarısını da növbəti ilə saxladım, öz-özümə dedim ki, əgər Süleyman əleyhissəlam məni burada unudarsa, həmin hissəni də o biri ildə yeyərəm”.

Koronavirus, əlbəttə, gedəcək, amma “sosial məsafə” təbii ki, izsiz ötüşməyəcək və qorxunun fobiyası da asanlıqla beyinlərdən silinməyəcək. Koronanın vurduğu yaraların tezliklə qaysaqlanacağına da aldanmayın və “korona dərslərindən” nəticə çıxarmağa çalışın.

Təbii ki, adına “korona” deyilən virus da canlıdır, ölmək istəmir, ölsə belə, ondan bizə uzunmüddətli bir miras qalacaq: ideoloji virus - qorxu! Bu qorxuya qalib gəlməyin isə tək bircə yolu var: onu da özünüz axtarıb, tapın...

Vasif Hüseynov


Xəbər 30038 dəfə oxunub.




19.03.2024  12:42 

Sabahın hava proqnozu açıqlanıb

19.03.2024  11:28 

Türkiyədə zəlzələ olub

19.03.2024  11:25 

Ərdoğan Putini təbrik etdi

19.03.2024  11:15 

Si Cinpin Makronla görüşəcək.

19.03.2024  10:08 

FHN əhaliyə müraciət edib


BÜTÜN XƏBƏRLƏR +