Netanyahunun təyyarəsi yoxa çıxdı
Lukaşenkodan Paşinyana təklif...
Rusiyanın davranışı Türkiyəni hərəkətə keçirdi: Bu ölkəyə görün nə göndərib
Ukrayna bayraqları bu ölkədən yığışdırılır
Trampın ritorikası və Azərbaycanın maraqları...
Daha bir plastik cərrahla bağlı cinayət işi açılıb
Avropa və NATO-nun “vuran əli” – Türkiyə
“Adnan işi“ SOCAR-ı silkələyir: İndi hədəf odur...
Trampın milyonçu övladları: Onlar pulu necə qazanır?
“Avant Group”un 3 əməkdaşı saxlanıldı


18.05.2020  13:11 

Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət





A+  A-

Rusiyada son sutka ərzində daha 8926 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 290 678-ə çatıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 192 056 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 91 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 2722-yə çatıb. Ümumilikdə 70 209 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda koronavirusa yoluxanların sayı daha 6 nəfər artaraq 701-ə çatıb. Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Xəstəlik səbəbindən 12 nəfər həyatını itirib, 432 nəfər isə sağalaraq evinə buraxılıb.

Qeyd edək ki, Gürcüstanda martın 21-də elan edilən fövqəladə vəziyyət rejimi mayın 22-dək uzadılıb.

Ermənistanda koronavirusa yoluxanların sayının sutka ərzində daha 351 nəfər artması ilə günlük yoluxma sayında yeni rekor qeydə alınıb. Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Ölkə üzrə bu günə qədər 4823 nəfər koronavirusa yoluxub. Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 1 nəfər artaraq 61-ə çatıb. Ümumilikdə 2019 pasiyent müalicə olunaraq sağalıb.

2 718 xəstənin müalicəsi davam etdirilir, 41 850 insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət mayın 13-dək uzadılıb.

Dünya üzrə isə 4 815 234 insan koronavirusa yoluxub, 316 846 nəfər isə vəfat edib.

Xəbər 3496 dəfə oxunub.




25.09.2025  18:42 

Cəlilabadda yanğın baş verib

25.09.2025  18:38 

Lukaşenkodan Paşinyana təklif...

25.09.2025  12:38 

Danışan və SUSAN vicdan...

25.09.2025  12:03 

Mal-qara oğrusu saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +