İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


17.05.2020  20:35 

Paşinyanın Rəsulzadə haqda iftirasına - Tarixi faktlarla cavab





A+  A-

Azərbaycan ziyalıları Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Cümhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham etməsinə tarixi faktlarla cavab veriblər.
XəzərNews.az-ın məlumatına görə, Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Rəsulzadənin Paşinyanın babası və Qaregin Njde kimi hərbi cinayətlərdə iştirak etmədiyini deyib:

“Rəsulzadə SS-də iştirak etməyib, Paşinyanın babası və Qaregin Njde kimi faşistlərin işğal etdikləri ərazilərdə mülki əhalinin, yəhudilərin soyqırımını törətməyib.

Rəsulzadə üzvləri Nürnberq məhkəməsi tərəfindən məhkum edilən SS-də olmayıb, hərbi cinayətlərdə iştirak etməyib. Ona görə də, Paşinyanın Rəsulzadə haqqında işlətdiyi ifadələr gülüncdür. O, belə danışmaqla bu gün Ermənistanda qəhrəmanlaşdırılan faşist casusu və kütləvi qətllərin müəllifi Qaregin Njde kimilərin cinayətlərini, ona qoyduqları heykəllə bağlı rüsvayçılığı ört-basdır etmək istəyir”.

Millət vəkili Rəsulzadənin heç orduda belə olmadığını və Azərbaycan legionunun tərkibində müharibədə iştirak etmədiyini xatırladıb.

Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu M.Ə.Rəsulzadənin Adolf Hitlerlə birbaşa görüşünün olmadığını bildirib:

“M.Ə.Rəsulzadənin Almaniyanın 1932-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva Böyükelçisi, Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub. M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul edilməsi idi. Bununla əlaqədar o, Almaniyada olarkən “Milli Azərbaycan Komitəsi”ni yaratmış, Almaniya hökuməti ilə danışıqlar aparmışdı. Lakin Hitler “komitələr” deyil, məhdud səlahiyyətli “milli komissiya”lar yaratmağa üstünlük vermişdi.Hitlerə və onun faşist ideologiyasına olan münasibətini isə M.Ə.Rəsulzadə belə bildirirdi: “Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”.

Almaniyada 1932-1934-cü illərdə nəşr edilən “Demokrasi və Sovetlər” məqaləsində isə M.Ə.Rəsulzadə faşizmə münasibətini belə açıqlayırdı: “Daxildə xaricdəki düşmənlərinin qənaətincə, Hitlerizm demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş, təsisinə başladığı idarə İtaliyada olduğu kimi, faşist diktatorluğu imiş”.

Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı araşdırmaçı-jurnalist Dilqəm Əhməd isə Paşinyanın iftiralarına belə cavab verib:

“Bilirsiniz, əməkdaşlıq o zaman olardı ki, ortada hər hansı bir anlaşma, müqavilə olsun. Alman tədqiqatçı Mühlen açıq şəkildə yazır ki, Rəsulzadənin rəhbəri olduğu iddia edilən komitə kağız üzərində idi, faktiki yox idi. Azərbaycan legionunun tanınmış simalarından, Fətəlibəylinin köməkçilərindən Cabbar Ərtürk xatirələrində açıq şəkildə yazır: “O kritik illərdə Polşada və sonra da Avstriyada olan Məhəmməd Əmin Rəsulzadə şəxsən Fətəlibəyli tərəfindən dəvət edildi. “Gəlin bizim Komitə sədrliyini sizə təhvil verim və keçmiş dövlət başqanımız olaraq bizi almanların və digər dövlətlərin qarşısında təmsil edin” dediyi halda mərhum Rəsulzadənin verdiyi cavab bu oldu: “Mən keçmiş dövlət başqanı olaraq Almaniya idarəçiliyindəki bir komitənin başqanı olaraq özümü kiçiltmərəm”. Görürsünüz ki, Rəsulzadə açıq şəkildə başa düşmüşdü ki, almanlar Azərbaycana müstəqillik verməyəcək. Ona görə də o, Almaniyanı tərk etdi”.

Xəbər 1439 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +