Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


15.05.2020  14:38 

BMT koronavirusla bağlı yeni tövsiyələrini açıqladı





A+  A-

BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin rəhbəri Alanna Armitaj 15 may – Beynəlxalq Ailə Günü münasibətilə pandemiya dövründə yaşlıların hüquqlarının qorunması və rifahının təmin edilməsi ilə bağlı müraciət yayıb.
Fonddan XəzərNews.az-a verilən məlumata görə, müraciətdə pandemiya şəraitində yaşlı insanların hüquqlarının və rifahının qorunmalı olduğuna diqqət çəkilib.

Qeyd olunub ki, Avropanın hər yerində, İspaniyadan Serbiyayadək yaşlı insanlar üçün qayğı evləri COVID-19 infeksiyasının tüğyan etdiyi qaynar nöqtələrə çevrilib:

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Avropada koronavirus xəstəliyindən ölüm hallarının yarısı məhz uzunmüddətli qayğı müəssisələrinin sakinlərinin payına düşür. Yaşlı insanlar pandemiyanın öz ilə gətirdiyi fəsadlara daha çox məruz qalır. Onların koronavirusun səbəb ola biləcəyi ağır gedişatlı xəstəliyə tutulma riski daha yüksəkdir və bu xəstəlikdən ölüm hallarının təqribən 95%-i 60 və yuxarı yaşlı insanlar arasında qeydə alınır. Qocalar evində yaşayan yaşlı insanlar həssas təbəqəyə aid olan əhali qrupuna daxildir. Son vaxtlar biz pandemiya üzündən həddən artıq yüklənmiş sosial xidmət təminatçıları tərəfindən göstərilə bilən minimal qayğının əhatəsində və çox vaxt ətrafında sevdikləri belə olmadan dünyasını dəyişən insanların ürəkağrıdan hekayələrini eşitməkdəyik. Eyni zamanda, bu ağır günlərdə bir çox yaşlı insanlar laqeydlik, yoxsulluq və sosial kənarlaşma şəraitində yaşamağa məcburdur və yəqin ki bundan daha da məyusedicisi əksər hallarda onlara qarşı lazımsız bir yükə çevrilmələri ilə bağlı mənfi və həqiqətdən uzaq olan stereotip münasibətin təzahürü olardı.

Hazırda Avropa ölkələrinin əhalisi sürətlə qocaldığından - artıq hər dörd nəfərdən birinin yaşı 60 və daha çoxdur – oradakı cəmiyyətlər yaşlanan insanların sağlam olması və öz icmaları daxilində fəal həyat tərzi keçirə bilmələri istiqamətində səylər göstərir. Ümid edirəm ki, bu böhran və onun gətirdiyi fəsadlar cəmiyyətlərin yaşlı insanlara qarşı mövqeyində və davranışlarında olan mənfi ünsürlərin aradan qaldırılmasında dönüş nöqtəsi olacaq. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu olaraq biz hökumətlər və vətəndaş cəmiyyətindəki tərəfdaşlarımızla pandemiya zamanı yaşlı insanlara dəstək olmaq üçün çalışırıq və bu, həm yaşlıların hüquqlarının qorunmasını, həm də onların yaşadıqları cəmiyyətlərə iklüzivliyinin təmin olunmasını ehtiva edir.

Alanna Armitaj
Hazırda bir çox ölkələr pandemiya böhranını imkana çevirməyin yollarını arayır. Hökumətlərin buna nail olmaq üçün ata biləcəyi 4 başlıca addım sadalanıb:

- COVID-19-la mübarizədə yaşlı insanların müdafiəsi ilə bağlı tədbirləri prioritetləşdirmək. Buraya cəmiyyətə yaşlı insanların bərabər hüquq və imkanlara malik olmasını ehtiva edən mesajların ötürülməsini və bu yöndə öhdəliklərin sadəcə sözlərdən ibarət olmamasını bildirən qətiyyətli və cəsarətli mövqenin nümayiş etdirilməsini aid etmək olar. Xidmətlərin davamlılığının təmin edilməsi, qayğı göstərənlərə dəstək, təcrid vəziyyətində olan insanlara çatmaq üçün rəqəmsal texnologiyalardan istifadə böhranın təsirlərinin azaldılması istiqamətində atıla biləcək addımlardan sadəcə bir neçəsi ola bilər.

- Yaşlı insanların səsini dinləmək. Böhranla mübarizə apararkən və gələcək üçün siyasi çərçivələr hazırlayarkən, biz həm də yaşlı insanların söylədiklərinə qulaq verməliyik. Hər hansı qərəzli yanaşmadan yayınmaq və həqiqi ehtiyaclara cavab verən həll yolları ərsəyə gətirmək üçün icma nümayəndələri ilə ünsiyyət olduqca mühüm əhəmiyyət kəsb edir.

- İctimai fikirdə və təcrübədə yaşa görə ayrıseçkilik fenomeni ilə mübarizə. Hazırkı böhran dövründə daha da bariz şəkildə özünü göstərən yaşa görə ayrıseçkilik və yaşlanma ilə bağlı arzuolunmaz stereotiplər cəmiyyətdə heç bir vəchlə qəbul edilməməlidir. İctimai rəydə nəsillərarası bağlılığa və yaşlı insanların verdiyi dəyərli töhfələrə söykənən ümumi dəst-xəttin təşviqi sosial norma və münasibətlərin dəyişdirilməsi üçün əsas ola bilər.

- Qanunverici və hüquqi çərçivələrə yaşlanma prizmasından yenidən baxış. Artıq hökumətlər üçün böhrandan sonrakı dövrə baxmağın və yaşlanan əhalinin hüquqlarını və rifahını təmin edərkən sürətli demoqrafik dəyişikliklərin nəticələri ilə ayaqlaşa bilmək üçün səhiyyə, təhsil, məşğulluq və sosial rifah kimi sahələrdə zəruri olan təkmilləşdirmələri nəzərdən keçirməyin zamanı yetişib.

Xəbər 1112 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +