Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


05.05.2020  14:11 

Günəmuzd işləyənlərin Bakıya girişi hələ də qadağandır





A+  A-

“Bakı qeydiyyatında olan insanlar yalnız və yalnız yaxın qohumun dəfni ilə əlaqədar rayonlara gedə bilər”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ATV-də çıxışı zamanı bildirib.

DİN rəsmisi qeyd edib ki, xüsusi karantin rejimi tətbiq olunanda Bakı şəhərində qalan rayon qeydiyyatlı vətəndaşlar artıq rayonlara, evlərinə qayıda bilərlər:

“Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna giriş-çıxış qadağandır. Fəaliyyətinə icazə verilən özəl şirkətlərin, eləcə də, say həddi müəyyən edilmiş dövlət orqanlarının əməkdaşları öz xidməti vəsiqələrini və həmin nazirlik, təşkilat müəssisə tərəfindən onların işə çağrılması barədə rəsmi arayışı təqdim etdikdə Bakıya gələ bilərlər. Xidməti vəsiqədən sui-istifadə etmə hallarının aradan qaldırılması üçün rəsmi arayış hökmən təqdim edilməlidir”.

Ə. Baqişev onu da qeyd edib ki, Bakıda günəmuzd işləyən rayon qeydiyyatlı şəxslərə də paytaxta giriş qadağandır.

Xəbər 1996 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +