Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


02.05.2020  12:48 

Mərkəzi Bankın yeni qərarında nə dəyişiklik var?





A+  A-

Mərkəzi Bankın qərarına əsasən uçot dərəcəsi 7.25% və faiz dəhlizinin aşağı həddi 6.75% səviyyəsində dəyişməz saxlanılmaqla, faiz dəhlizinin yuxarı həddi 9%-dən 8%-ə endirilib.
XəzərNews.az xəbər verir ki, bu qərarı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, faiz dərəcələri dəhlizinin maksimal həddi bir günlük vəsaitlərin yerləşdirmə (Əks-REPO) faiz dərəcəsini müəyyən edir: “Beləliklə, Mərkəzi Bank vəsaitləri 1 faiz ucuz yerləşdirməklə bazarda orta faiz dərəcəsini aşağı salmaq və ucuz likvidliklə təminetmək niyyəti barədə siqnal verir. Çünki banklararası pul bazarında faiz dərəcələri artırdı ki, bu da nəticə etibarı ilə kreditlərin bahalaşmasına gətirib çıxara bilərdi. Başqa tərəfdən isə, banklararası bazarda pulun bahalaşması yığımın artırılması üçün siqnaldır ki, bunu hələlik reallıqda görmək mümkün deyil.”

V.Qasımlının sözlərinə görə, pul bazasının təkcə bu ilin mart-aprel aylarında 2 milyard manatdan çox və ya 17 faiz daralması manatla faizlərin yüksəlməsinə rəvac verir: “Manatla nağd pul kütləsinin və bank ehtiyatlarının azalması, kredit resurslarını məhdudlaşdırır və faizlərə artırıcı təsir göstərir. Eyni zamanda pul multiplikatoru – bank sisteminin pul yaratmaq qabiliyyəti aşağı düşür. Banklararası REPO bazarındada orta faiz bu ilin mart-aprel aylarında iki dəfəyə yaxın yüksəlib. Buna görə də faiz dəhlizinin maksimal həddinin aşağı endirilməsi faizlərə cilovlayıcı təsir bağışlayacaq.”

Vüsal Qasımlı hesab edir ki, tədiyyə balansında yaranmış kəsir fonunda investisiya fəallığının artırılması üçün faiz dərəcələrinin aşağı salınması arzuolunandır: “Ucuz və əlverişli maliyyələşmə mənbələrinin olması böhranla mübarizədə əsas şərtdir.”

V.Qasımlının sözlərinə görə, tədiyyə balansının kəsirinin yaranması uçot dərəcəsinin aşağı düşməsinə imkan vermir: “Bir yandan bizə ucuz maliyyə lazım olduğu kimi, digər tərəfdən də manatın sabitliyini qorumaq və inflyasiyanı nəzarətdə saxlamaq üçün uçot dərəcəsini aşağı salmaq olmur. Beləliklə, faiz dəhlizi parametrləri makro iqtisadiyyat üçün tarazlaşdırıcı olmalıdır. İndiki halda prioritet maliyyə sabitliyi, inflyasiyanın nəzarətdə saxlanılması və real sektorun maliyyələşdirilməsidir.”

İİTKM-in rəhbərinin fikrincə, Mərkəzi Bankın bundan əvvəlki qərarı ilə faiz dərəcələri dəhlizinin minimal həddi, yəni bir günlük vəsaitlərin cəlb olunma (REPO) faiz dərəcəsidə yüksəldilib: “Hazırda faiz dərəcəsi dəhlizi son bir ildə ən dar çərçivədədir, çünki mütəmadi olaraq dəhlizin yuxarı həddi azalır və aşağı həddi isə yüksəlir, bir sözlə, bir-birinə yaxınlaşdırılır. Məsələn, 1 il qabaq faiz dərəcəsi dəhlizinin aşağı və yuxarı hədləri 4% fərqlənirdisə, indi bu göstərici 1,25%-ə enib. Təqdirəlayiq haldır ki, parallel olaraq kredit və depozit faizləri arasında spreddə kiçilir.”

V.Qasımlı bildirib ki, bir günlük vəsaitlərin cəlbi və yerləşdirməsini ehtiva edən faiz dəhlizinin aşağı və yuxarı hədləri vasitəsilə Mərkəzi Bank bazarda likvidliyi çevik tənzimləyə bilir: “Bütün dünyada olduğu kimi, bizim Mərkəzi Bank da çalışır ki, onun təklif etdiyi faiz dəhlizi ilə orta bazar faizi arasında spred kiçilsin və transmissiya gücü artsın. Bu məqamda Azərbaycanda da beynəlxalq metodikaya uyğun orta bazar faizini – bençmarkı müəyyənləşdirmək yerinə düşərdi. Çünki bu alət istinad nöqtəsi olmaqla pul bazarında faizlərin müəyyənləşdirilməsində və monetar siyasətdə istifadə oluna bilər. Banklararası qısa müddətli faiz dərəcəsini təqdim etmək üçün Avrozonada EONİA, Rusiyada RUONIA və Qazaxıstanda TONİA kimi indekslərdən istifadə olunur.”

Xəbər 2291 dəfə oxunub.



29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +