“Şərurlu İsfəndiyar“ın oğlu külli miqdarda mənimsəməyə görə saxlanılıb
Fərid Əhmədov generalı özünə müşavir təyin edib
Şərurlu İsfəndiyarın oğlu həbs edilib
Putin Pasxa atəşkəsi elan etdi
Azərbaycanlı Almaniyada sevgilisini öldürdü
Mebel fabrikinin fəaliyyəti dayandırıldı - Cəlilabadda
Polis 88 min manatlıq dələduzluq edən şəxsləri saxladı
Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan


28.04.2020  13:21 

Hesablama Palatası ötən il 600-ə yaxın nöqsan aşkar edib





A+  A-

2019-cu ildə Hesablama Palatası 47 audit və 6 analitik fəaliyyət həyata keçirib.
XəzərNews.az xəbər verir ki, bunu qurumun sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında bildirib.

Onun sözlərinə görə, həyata keçirilmiş auditlərdən 28-i uyğunluq, 7-si maliyyə, 8-i maliyyə və uyğunluq, 4-ü isə ölkədə ilk dəfə səmərəlilik auditi olub.

Bundan başqa, V.Gülməmmədov qeyd edib ki, ötən il Hesablama Palatasının auditorları 561 nöqsan aşkar edib ki, bu da hər auditə orta hesabla 13,1 nöqsan deməkdir.

"Əvvəlki illə müqayisədə nəzarət tədbirlərinin sayı 18,9%, nöqsanların sayı isə 21,4% azalıb, son nəticədə 1 auditə düşən nöqsan sayının azalması 3% təşkil edib.

Maliyyə və uyğunluq auditlərinin nəticələri göstərir ki, əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları sahələrdədir, eləcə də mühasibat uçotu və hesabatlılıqla bağlı hallar üstünlük təşkil edir. Yol verilən nöqsanların təhlili və daha çox rast gəlinmiş pozuntular onu qeyd etməyə imkan verir ki, dövlət vəsaitlərinə nəzarət ilk növbədə dövlət satınalmalarının şəffaf keçirilməsində və dövlət əmlakının istifadəsinə səmərəli nəzarətin təşkilindən keçir", - o qeyd edib.

Xəbər 2032 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.04.2025  19:24 

Putin Pasxa atəşkəsi elan etdi

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +