İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


22.04.2020  18:10 

Borca görə vətəndaşların qazı, suyu və işığı kəsilə bilərmi?





A+  A-

Xüsusi karantin rejimində evdən çıxmayan vətəndaşlar kommunal xidmətlərdən daha çox istifadə edir. Belə olan halda, vətəndaşların bu istiqamətdə xərcləri artır. Bəs bu günlərdə borca görə, vətəndaşın qazı, suyu və işığı kəsilə bilərmi? Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyir ki, COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində bu günlərdə borca görə heç kimin suyu kəsilə bilməz.
XəzərNews.az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında süjet yayımlanıb.

Anar Cəbrayıllı – "Azərsu” ASC-nin mətbuat katibi: "Əsas diqqət odur ki, vətəndaşlarımız içməli sudan problemlə üzləşməsinlər. Diskonfort yaşamasınlar. Ona görə biz müvəqqəti olaraq mexaniki sayğacların gösətəricilərinin oxunmasını da dayandırmışıq. Bu gün əməkdaşlarımız heç bir qapıya getmirlər. Biz bütün kontaktları sıfıra endirmişik. Hec kimin qapısını döymürlər. Onun sayğacına baxış keçirmirlər. Və yaxud onun suyunu kəsilməsi ilə bağlı hər hansı bir xəbərdarlıq etmirlər”.

"Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov isə deyir ki, mexaniki tipli sayğaclardan istifadə edən abonentlər bildirişi aldıqdan sonra onun istifadə etdiyi qaza görə ödənişi həyata keçirməsi üçün 30 günlük müddəti olur.

Ceyhun Səfərov – "Azəriqaz” İB-nin mətbuat katibi: "Yəni bunu bu 30 günün 1-ci günündə də, bildirişi aldığı səhərisi gün də, 30-cu günündə də ödəyə bilər. Bu onun ixtiyarında olan bir məsələdir. Bunu biz 30 gün ərzində onun üçün borc hesab etməyəcəyik. Ödəniş imkanları bu müddətdə həyata keçirilə bilər”.

Karantin rejimində isə bu məsələrlə xüsusilə diqqətlə və anlayışla yanaşılır. Belə ki, 30 günü keçdikdən sonra da ödəniş etməyən abonentin qazı kəsilməyəcək.

Ceyhun Səfərov – "Azəriqaz” İB-nin mətbuat katibi: "Hələ ki, bu günə qədər borca görə, hər hansı abonentin qazı kəsilməyib. Maksimum maarifləndirmə və anlaşılma şəraitində bu məsələlərin həllinə səy göstəririk. Abonentlə söhbət aparılır. Ona vəziyyət izah olunur. Amma bu zaman onun borca görə qazı kəsilmir”.

"Azərişıq” ASC isə abonentlərə borca görə güzəşt etmir. Hətta evlərə xəbərdarlıq bildirişləri də gəlib. Qurum bu günlərdə vətəndaşların istifadə etdiyi elektrik enerjisinə görə borcub yaranmasın deyə, bütün növ xidmətləri onlayn şəkildə davam etdirir.

Tanrıverdi Mustafayev – "Azərişıq” ASC-nin mətbuat katibi: "İstehlakçılarımızın pandemiya dövründə çətinlik çəkməməsi ilə əlaqədar olaraq, ilk gündən mobil tətbiq və ya azərişıq.az saytında "online” ödəmə sistemi mövcuddur. Bütün istehlakçılarımız onlayn xidmətdən yararlanır. Eləcə də istifadə olunmuş elektrik enerjisi haqlarını həmin vasitələrədən istifadə etməklə ödəyirlər”.

"Azərişıq” ASC həmçinin sosial şəbəkə hesabları vasitəsilə canlı bağlantı, eləcə də votsap üzərindən müraciətlərin qəbulunu həyata keçirir.

Xəbər 1055 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +