İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


16.04.2020  14:11 

AQTA çəyirtkələrlə bağlı açıqlama yaydı





A+  A-

Hazırda səhra çəyirtkəsinin ölkəmizə miqrasiyaetmə ehtimalı yoxdur.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yayıb.

Son günlər sosial şəbəklərdə “çəyirtkə işğalı” və bunun respublikamızın kənd təsərrüfatına mənfi təsir edəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirən qurum bildirib ki, sürətli çoxalma qabiliyyətinə malik olan bu zərərvericinin 3 ay sonra sayı 20 dəfə, 6 ay sonra 400 dəfə, 9 ay sonra isə 800 dəfə arta bilir:

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəsmi məlumatına görə 2020-ci ilin əvvəllərindən əlverişli iqlim şəraiti səhra çəyirtkəsinin Şərqi Afrika, Cənub-Qərbi Asiya və Qırmızı dəniz ətrafı ərazilərdə intensiv çoxalmasına səbəb olub. Həmçinin, Efiopiya, Somali və Keniya ilə yanaşı səhra çəyirtkələri artıq İran və Pakistan ərazisinə də yayılıb.

Yarım-quraq və quraq yerlərə üstünlük verən səhra çəyirtkəsi yumurtalarını rütubətli qumsal torpaqlara qoyur. Eyni zamanda, gün ərzində külək istiqamətində 150 km-ə qədər uça bilir.

İl ərzində 2-5 nəsil verə bilən bu zərərverici müxtəlif otlarla, ağaclarla qidalanaraq onların yarpaqlarını, gövdələrini, çiçək və meyvələrini yeyir. Hər fərd orta hesabla gün ərzində öz çəkisi qədər qidalanır. Səhra çəyirtkəsinin inkişafı üçün optimal temperatur 24-32 ͦ C hesab olunur.

Nəzərə alsaq ki, çəyirtkələrin bədən temperaturu havanın temperaturundan çox asılıdır, indiki şəraitdə səhra çəyirtkəsinin Azərbaycan ərazisinə miqrasiyaetmə ehtimalı yoxdur. Sözügedən zərərvericilər şaxtaya davamlı olmadığından Azərbaycan şəraitində qışlaya bilmir. Bu səbəbdən də respublika ərazisində daimi məskunlaşma imkanları yoxdur. Lakin may-iyun ayları ərzində miqrasiya baş verə bilər.

AQTA və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəfindən gələcəkdə səhra şəyirtkəsinin ölkəmizə hər hansı bir miqrasiya ehtimalları nəzərə alınaraq müvafiq mübarizə tədbirlərinin aparılması üçün hazırlıq işləri həyata keçirib.

Xəbər 975 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +