İranda 5,2 bal gücündə zəlzələ olub
Dənizdə dalğanın hündürlüyü 6,6 metrə çatıb
Binyamin Netanyahunun məhkəməsi başlayır
Moskvada ölü sayı 2 minə yaxınlaşır
Rusiyada son sutkada 36 meşə yanğını
Ermənistan Gürcüstandan üzr istədi
İsrail baş nazirinin məhkəməsi başlayır
Atəşkəs sutka ərzində 22 dəfə pozulub
Ermənistan Gürcüstandan üzr istədi
“Azəriqaz” gücləndirilmiş rejimdə çalışacaq


10.04.2020  13:43 

Dövlət qurumunun saxta vəsiqəsini hazırlayan şəxs saxlanıldı





A+  A-

Masallıda dövlət qurumlarından birində mütəxəssis kimi işləməsi barədə saxta vəsiqə hazırlayaraq karantin qaydalarını pozmağa çalışan rayon sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Masallı rayonunun Yeni Zuvand kənd sakini Elvin Muradov xüsusi karantin rejiminin tələblərinə əsasən şəhər ərazisində saxlanılan zaman o, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işlədiyini bildirib.

Üzərində gəzdirdiyi, həmin dövlət qurumunda mütəxəssis kimi işlədiyinə dair yazılar olan vəsiqəni polis əməkdaşlarına təqdim etdikdə isə vəsiqənin saxta olduğu müəyyən edilib.

Araşdırmalarla məlum olub ki, E. Muradov xüsusi karantin rejiminin qaydalarını pozmaq və rayon ərazisində sərbəst şəkildə hərəkət etmək üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsində mütəxəssis işləməsi barədə yazılar olan saxta vəsiqə hazırlayıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır

Xəbər 460 dəfə oxunub.



24.05.2020  08:43 

Bu gün Ramazan bayramıdır

23.05.2020  18:16 

Faktiki hava AÇIQLANDI

23.05.2020  13:48 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +