Qazaxıstan bütün hava limanlarını açır
Ağdaşda narkotik əməliyyatı
Ruslan İzzətlini hərbi xidmətə apardılar
Ermənilər atəşkəsi pozdu
İranda 5,2 bal gücündə zəlzələ olub
Dənizdə dalğanın hündürlüyü 6,6 metrə çatıb
Binyamin Netanyahunun məhkəməsi başlayır
Moskvada ölü sayı 2 minə yaxınlaşır
Rusiyada son sutkada 36 meşə yanğını
Ermənistan Gürcüstandan üzr istədi


09.04.2020  17:19 

Ailədən bir neçə şəxsə də 190 manatlıq yardım veriləcək - RƏSMİ





A+  A-

“İşsizlər üçün birdəfəlik ödəmə ailədə ər və ya arvaddan birinə, habelə işsiz olan əmək qabiliyyətli övladlarına veriləcək”.
XzəərNews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ailədə əmək qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan övladlara da veriləcək.

Yəni əgər ailədə ər və arvad ikisi də işsizdirsə, onlardan birinə, eyni zamanda ailənin digər üzvləri (məsələn ailənin oğlu və ya qızı) işsizdirsə və sosial ödəniş almırsa, onlara da veriləcək.

2020-ci il 1 aprel tarixinə qədər işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam etdiyi dövrdə də işsiz kimi qeydiyyata alınan şəxslər də bu birdəfəlik ödəməni alacaqlar. Artıq bir dəfə müraciət etmiş şəxsin təkrar müraciətinə ehtiyac yoxdur.

Həmçinin şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün də xüsusi karantin rejimi dövrünə müraciət imkanı yaradılıb. Belə ki, onların şəxsiyyət vəsiqəsinin müddəti xüsusi karantin rejiminin sonunadək uzadılıb.

Birdəfəlik ödəmə ilə bağlı müraciət imkanlarını bir daha xatırladırıq:

1. e-sosial.az portalında “e-xidmətlər” bölməsinə daxil olaraq “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” linkinə daxil olaraq. Bunun üçün “ASAN imza” və ya elektron imza tələb olunur.

2. Daha rahat yolu: e-sosial.az portalında “onlayn müraciət” bölməsindən istifadə etməklə hər hansı bir qeydiyyat proseduru tələb olunmadan işsiz və ya işaxtaran kimi uçota alınmaq olar. Burada müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçmək lazımdır.

3. İnternetə çıxış imkanları olmayan işsizlər isə qeydiyyata alınmaq üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzlərinin telefon nömrələrinə (Telefon nömrələri: http://sosial.gov.az/laq-nomrlri) zəng edə bilərlər.

Ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin 12 aprelədək olan dövr üçün QRAFİKi də təqdim edilib (http://sosial.gov.az/post/3321). Hələ ki, vətəndaş olduğu rayon üzrə qrafikdə qeyd edilən gün e-qaydada müraciət edir. Sonrakı günlərdə isə hər bir işsiz şəxs istənilən gün e-qaydada müraciətini edə biləcək.

Xəbər 134 dəfə oxunub.



25.05.2020  10:52 

Ağdaşda narkotik əməliyyatı

25.05.2020  09:41 

Ermənilər atəşkəsi pozdu

24.05.2020  08:43 

Bu gün Ramazan bayramıdır

23.05.2020  18:16 

Faktiki hava AÇIQLANDI


BÜTÜN XƏBƏRLƏR +