AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


31.03.2020  16:49 

“Belə gedərsə, xəstəliyin yayılması qaçılmaz olacaq”





A+  A-

Prezident İlham Əliyev bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən koronavirusa qarşı ölkədə aparılan tədbirlərdən danışıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, İ. Əliyev bildirib ki, koronavirusa qarşı mübarizəni daha da səmərəli aparmaq üçün bu gündən etibarən yeni məhdudlaşdırıcı qaydalar qüvvəyə minib:

“Əfsuslar olsun ki, bütün vətəndaşlar bu qaydalara əməl etmirlər. Yeni məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi bu mübarizədə daha da səmərəli addımların atılması və yoluxma hallarının dinamikasının azaldılmasıdır. Əfsuslar olsun ki, dövlət tərəfindən bütün qəbul edilmiş qərarlar və atılmış addımlara baxmayaraq dinamika artır. Bunun səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir. Çünki Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib. Bu gün digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət daha əlverişlidir. Lakin buna baxmayaraq artıq daxili yoluxma halları vüsət alır. Beləliklə, yoluxan insanların sayı artmaqdadır. Dünən 60-dan çox insan bu xəstəliyə yoluxub. Əgər belə gedərsə, onda gələcək günlər və aylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaq”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan dövləti bütün lazımi tədbirləri görüb:

"Biz bəri başdan bütün quru sərhədlərimizi bağladıq, karantin rejiminə getdik, bütün məktəblər, uşaq bağçaları, ali məktəblər bağlandı, iaşə obyektləri bağlandı. Bizim aviareyslərimizin sayı kəskin azaldı, hazırda iki beynəlxalq aviareys təşkil edilir və həftədə bir dəfə. Ona görə bu xəstəliyin yayılmasına qarşı çox önəmli tədbirlər görüldü. Beləliklə, xaricdən gələn vətəndaşların bu xəstəliyin yayılmasında rolu kəskin azaldıldı.

Bu günlərdə ölkəmizin ən müasir xəstəxana olan “Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verilibdir. Yəni, bu, dövlət tərəfindən görülmüş önəmli addımlardır. Amma buna baxmayaraq, bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından bu xəstəlik Azərbaycanda daha geniş vüsət alır. Ona görə bu gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər bir vətəndaş əməl etməlidir. Əminəm ki, əgər insanlar özlərini məsuliyyətli apararlarsa, özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik”.

Xəbər 2064 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +