Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


30.03.2020  14:52 

Tibbi sığortanın tamamlanması 2021-ci ilə qaldı





A+  A-

Milli Məclisin bugünkü iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər müzakirə olunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, təkliflərdə qeyd edilib ki, koronavirus pandemiyasına görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, digər qurumların, habelə ölkə üzrə tibb işçilərinin əsas fəaliyyət istiqaməti bu virusa yönəldiyi üçün icbari tibbi sığortanın tətbiqində çətinliklər yaranıb.

Parlamentin qəbul etdiyi qərarla icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunur.

Bundan öncə bu prosesin 2020-ci ildə başa çatması nəzərdə tutulmuşdu.

Bundan başqa, əməkhaqqının 8000 manatdək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci ilin yanvarın 1-dək 50 faiz güzəşt tətbiq ediləcək.



Xəbər 2492 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +