AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


29.03.2020  16:20 

Koronavirusun aktivləşdiyi temperatur müəyyənləşdi





A+  A-

Honkonq universitetinin həkimləri koronavirusun daha çox aktivlik göstərdiyi temperaturu açıqlayıblar.
XəzərNews.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, koronavirus uzun müddət 4 dərəcə temperaturda qaldığı təqdirdə sabitliyini qoruya bilir və dezinfeksiya edilmədiyi halda aktivliyi yalnız 14 gün sonra azalmağa başlayır.

Bununla belə, SARC-CoV-2 yüksək temperatura dözə bilmir və 70 dərəcə temperaturda beş dəqiqə ərzində aktivliyi aradan qalxır.

Koronavirusun müxtəlif əşyalar üzərində qalma müddətini də öyrənən mütəxəssislər müəyyənləşdiriblər ki, o, kağız üzərində üç saatdan sonra yox olur, paltar və emal olunmuş taxta üzərində iki günə qədər, şüşə üzərində dörd günə qədər, plastik üzərində isə yeddi günə qədər qalır.

Alimlər qeyd ediblər ki, virus tibbi maskaların xarici səthində yeddi günə qədər qala bilər, buna görə də mütəmadi şəkildə dezinfeksiya olunmağı tövsiyə edirlər.

Xəbər 1400 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +