Zelenski Putinə Kupyanskdan cavab verdi
5 milyon ayrılıb, amma təmir getmir - Qalmaqal
Putin və Ərdoğan Aşqabadda görüşdü
Xəzərdə Rusiyanın iki gəmisi vuruldu
Rusiya tərəfindən döyüşürdü, Ukraynada öldü
Ən çox şikayət olunan sığorta şirkətləri – Siyahı
Sabir Rüstəmxanlı Rafael Hüseynovdan danışdı
Qurban Qurbanov istefa verməlidir - Xilas bundadır
Qiymətlər hər ay qalxır, hökumət görmürsə... - Partiya sədri
Daxili qoşunlar Prezidentə tabe olacaq - Dəyişiklik


29.03.2020  15:52 

“Asan İmza” sertifikatlarının etibarlılıq müddəti uzadılıb





A+  A-

“Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan B.EST Solutions İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti ilə birlikdə fiziki şəxslər, şirkət rəhbərləri olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər, həmçinin rəhbər olan dövlət qulluqçuları üçün “Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin aprel ayının 1-dən mayın 31-dək ödənişsiz olaraq avtomatik uzadılması və yuxarıda qeyd olunan müddət ərzində abunə haqlarından azad olunması məqsədilə müvafiq dəyişikliklər həyata keçirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən XəzərNews.az-a verilən məlumata görə, “Asan İmza” biznes sertifikatlarının digər sahibləri öz sertifikatlarının müddətini onlayn qaydada asxm.gov.az portalı vasitəsilə uzada biləcəklər.

Müəyyən edilmiş müddət ərzində Vergi Xidməti tərəfindən bu istifadəçilərə sertifikatlarının müddətinin 31 may tarixinədək uzadılması ilə bağlı ismarıclar göndəriləcək.

Distant işə keçməklə “Asan İmza” evdən çıxmadan elektron hökumətin onlayn xidmətlərinə, onlayn bankinq xidmətlərinə təhlükəsiz və effektli əlyetərliyi, müqavilələrin onlayn şəkildə imzalanmasını təmin edəcək. Əgər xarici partnyorla müqavilə bağlamağınız vacibdirsə, ona Azərbaycanın m-Rezidenti olmağı təklif edin. Rəqəmsal Azərbaycan dünyadakı koronavirus pandemiyasının nəticələrini aradan qaldırmağa kömək etməli, sahibkarların və vətəndaşların zərər görməməsi üçün bütün imkanları səfərbər etməlidir.

“1847” Asan İmza Çağrı Mərkəzi adi rejimdə öz işini davam etdirir.

Suallarla əlaqədar [email protected] ünvanına müraciət etmək mümkündür.

Xəbər 3136 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.12.2025  13:12 

Sabahın havası: Qar, yağış...

12.12.2025  11:46 

Tokayevdən dünyaya çağırış

12.12.2025  10:55 

Deputat vəfat etdi

12.12.2025  10:27 

Faktiki hava açıqlandı

12.12.2025  10:22 

Rafael Hüseynov istefa verir?

12.12.2025  09:54 

ПРОБЛЕМЫ ТУРАНА


BÜTÜN XƏBƏRLƏR +