Hər an baş verə biləcək FƏLAKƏT
Həcc ziyarətinə sənəd qəbulu niyə dayandırılıb?
Dilənçi payı üçün papaq atırlar
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
Bakıda 600 manatlıq səməni-VİDEO
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?
“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”


27.03.2020  19:27 

Bakıdan Naxçıvana yalnız bu şəxslər uça bilər





A+  A-

AZAL aviaşirkəti Azərbaycan vətəndaşlarının nəzərinə qeyd-şərtsiz əməl etməli olduqları Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin gediş-gəliş qaydalarını çatdırıb.
Şirkətdən XəzərNews.az-a bildirilib ki, Bakıdan Naxçıvana yalnız Naxçıvan Muxtar Respublikasında daimi yaşayan sərnişinlər uça bilər;-"AZAL" aviaşirkətinin müntəzəm reysləri həftədə bir dəfə, cümə axşamları yerinə yetiriləcək. Bakıdan uçuş vaxtı saat 13:10-da müəyyən edilib;

- reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalından həyata keçiriləcək. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan/ yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır;

- insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə "AZAL"ın şəhərdəki aviabilet satış ofisləri bağlıdır, Bakıdan Naxçıvan istiqaməti üzrə reysə aviabiletləri "AZAL" aviaşirkətinin saytından əldə edə bilərsiniz (www.azal.az);

Aviaşirkətə məxsus satış ofislərindən əldə olunan aviabiletlər yalnız həftənin cümə axşamları günləri Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının satış kassasında geri qaytarıla və dəyişdirilə bilər;

- "AZAL" aviaşirkətinin rəsmi saytından əldə olunan aviabiletlərin geri qaytarılması və ya dəyişdirilməsi ilə bağlı suallarınız üçün [email protected] elektron poçt vasitəsilə dəstək xidmətinə müraciət edə bilərsiniz;

Naxçıvandan Bakıya uçmalı olan Azərbaycan vətəndaşları üçün qaydalar:

- Naxçıvandan Bakıya yalnız Bakıda və ölkənin digər bölgələrində daimi yaşayan sərnişinlər uça bilər. Naxçıvandan uçuş vaxtı 15:30-da müəyyən edilmişdir.

- Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan vətəndaşlarının Bakıya uçub gəlmələri qadağandır;

- xarici vətəndaşlar üçün Naxçıvandan Bakıya uçub getmək qadağandır;

- Bakıya gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilir.

"AZAL" aviaşirkəti bir daha vətəndaşları kəskin ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahətlərdən çəkinməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.

Xəbər 1134 dəfə oxunub.



19.03.2024  12:42 

Sabahın hava proqnozu açıqlanıb

19.03.2024  11:28 

Türkiyədə zəlzələ olub

19.03.2024  11:25 

Ərdoğan Putini təbrik etdi

19.03.2024  11:15 

Si Cinpin Makronla görüşəcək.

19.03.2024  10:08 

FHN əhaliyə müraciət edib

19.03.2024  09:15 

Masazırda avtomobil yanıb

19.03.2024  09:10 

Pakistan zəlzələ olub

19.03.2024  08:58 

Saatlıda polis əməliyyat keçirib


BÜTÜN XƏBƏRLƏR +