Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


23.03.2020  16:43 

Bakıya daxil olmağa çalışan 1000-ə yaxın avtomobil geri qaytarılıb





A+  A-

Son 24 saat ərzində Bakıya daxil olmağa çalışan 1000-ə yaxın avtomobil geri qaytarılıb.
XəzərNews.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat katibi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, son günlər rayon qeydiyyatı olan şəxslər və avtomobillərin Bakı istiqamətində hərəkəti səngiyib:

“Yalnız dünən axşam saatlarında biraz intensivlik olub. Belə ki, martın 22-i səhər saat 08:00 radələrinən martın 23-ü həmin saatadək olan məlumata görə, cənub istiqamətindən gələn 614, Şamaxı yolundakı postda 182, Quba yolunda isə 114 avtomobil geri qaytarılıb. Həmçinin, beynəlxalq yükdaşıma həyata keçirən 88 yük maşını yol polisi əməkdaşları tərəfindən müşayiət olunub”.

K.Əliyev qeyd edib ki, geri qaytarılan şəxslərdən müqavimət göstərən, karantin qaydasını pozanlar olmayıb: “Sadəcə bir neçə şəxs özünü bilməməzliyə vurur. Onlar “elə bilirdik rayonda yaşayanlara aiddir, biz Bakıda yaşayırıq" deyirlər. Amma biz dəfələrlə bildiririk ki, Bakı,Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşasa belə, bu yerlərə müvəqqəti və ya daimi qeydiyyatı olmayan şəxslərin martın 29-dək girişi qadağandır”.

Xəbər 3599 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +