Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


20.03.2020  14:09 

İTV Samirəylə bağlı qərar verdi





A+  A-

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV) ölkəmizi “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək nümayəndənin adını açıqlayıb.
XəzərNews.az-a daxil olan məlumata görə, 2021-ci ildə Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində 2020-ci ilin milli seçim turunun qalibi Samirə Əfəndi təmsil edəcək.

Daha əvvəl Avropa Yayım İttifaqı koronavirusun yayılması riskləri səbəbindən may ayında Niderlandda keçiriləcək "Avroviziya-2020" müsabiqəsinin ləğv olunduğunu bəyan edib. Təşkilatçılar müsabiqəni 2021-ci ilə qədər təxirə salmaq qərarına gəliblər. Müsabiqənin Rotterdamda keçirilməsinə dair danışıqlar isə hələ davam etdiriləcək.

Xatırladaq ki, Əfəndi “Avroviziya-2020” milli seçim turunun qalibi olub.

Xəbər 3297 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +