Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək


17.03.2020  13:36 

Azərbaycanda koronovirusla bağlı cərimələr qəbul edildi





A+  A-

Parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar və Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunub.
XəzərNews.az xəbər verir ki, təklif edilən dəyişikliyə görə, Azərbaycanda koronavirusa görə cərimə tətbiq ediləcək.

Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.

Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Hüquqi şəxslər 2 min manatdan 5 min manatadək cərimə ediləcək.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Təklif edilən dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Xəbər 3018 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi


BÜTÜN XƏBƏRLƏR +