Azərbaycanda koronavirusdan 2 nəfər öldü
Əhaliyə spirtlə bağlı ciddi xəbərdarlıq
Sabahın havası açıqlandı
Avrokuboklar üçün son tarix müəyyənləşdi
Ermənilər atəşkəsi 22 dəfə pozdu
Nyu-Yorka əlavə hərbçilər göndərilir
Dövlət muzdlu işçilərə də pul ödəyəcək
Vüqar Səfərlinin yerinə TƏYİNAT
Vüqar Səfərli işdən çıxarıldı
Hava ilə bağlı növbəti xəbərdarlıq


16.03.2020  15:06 

Sərhəddə gözləyən avtobuslar Bakıya yola düşdü





A+  A-

Epidemiya ilə əlaqədar olaraq dünəndən etibarən Türkiyə-Gürcüstan sərhədində gözləyən Bakı-İstanbul marşrut xəttinə məxsus avtobuslar artıq Bakıya yola düşüb.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova yayıb. Onun sözlərinə görə, Sarp sərhəd keçid məntəqəsində qalan "VARDAR" və "METRO" daşıyıcı şirkətlərinə məxsus 99 JH 866 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların Gürcüstan sərhəddindən tranzit keçidinə izn müəyyən təhlükəsizlik tədbirləri səbəbilə bu gün saat 14:30-da verilib:

“Türkiyə Cümhuriyyətinə məxsus "Metro" daşıyıcı şirkətinin avtobusuna sərhəddən tranzit keçid izni verilmədiyi üçün, həmin avtobusda olan sərnişinlər Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xüsusi avtobusla təmin edilib.

Sərnişinlər Gürcüstanın Lançxuti şəhərində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində istirahət edə biləcək, su və zəruri qida ilə təmin olunacaqlar.

Məlumat üçün qeyd edim ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələblərinə müvafiq şəkildə təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra sərnişinlərimizin dövlət sərhəddindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək. Sərnişinlərimizdən və onların yaxınlarından mövcud durumda panikaya yol vermədən 012 566 52 58 nömrəli qaynar xətlə əlaqə saxlamaları tövsiyyə edilir”.



Xəbər 530 dəfə oxunub.



05.04.2020  13:51 

Sabahın havası açıqlandı

04.04.2020  11:19 

Narkotik satarkən tutuldu

04.04.2020  09:54 

Koronavirus insandan heyvana keçdi


BÜTÜN XƏBƏRLƏR +