Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


13.03.2020  14:49 

“Koronavirus“un 2 il əvvəl proqnozlaşdırıldığı məlum olub





A+  A-

2018-ci ilin mayın 15-i Cons Hopkins Universiteti Sağlamlıq Mərkəzində (ABŞ) tibbi ekspertlər və mütəxəssislər tərəfindən 2 il sonra (2020) baş verə biləcək SARS xəstəliyinə bənzəyən “Clade X” adlı epidemiyanın ssenarisinin simulyasiyasını təşkil ediblər.
XəzərNews.az xəbər verir ki, simulyasiya nəticəsində maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, dünya üzrə ölkələrin və beynəlxalq təşkilatların mümkün pandemiya ssenarisinə hazırlığını yoxlamaq məqsədi ilə aparılan simulyasiyada önə sürülən “Clade X” bir çox detalları ilə hazırda yayılmaqda olan “COVİD-19” pandemiyasına bənzəyir.

“Clade X” yoluxucu xəstəliyinin simptomları yüksək hərarət, öskürək və tənəffüs çatışmazlığından ibarətdir. Ümumilikdə 8 saat davam edən və real həyatda 20 aya ekvivalent olan simulyasiyada ilk aylarda 400 yoluxma faktı və 50 ölüm halı qeydə alınıb. 20 ayın sonunda isə peyvəndin kəşf edilə bilməməsi səbəbi ilə dünya üzrə 150 milyon insan epidemiyanın qurbanına çevrilir.

“Clade X”in SARS və ya atipik pnevmoniyadan daha zəif olmağı və ölümcül olmamağı onun “COVİD-19” yoluxucu xəstəliyinə bənzərliyinə diqqət çəkir. SARS xəstəliyi 2002-2003-cü illər arasında 8 mindən çox insana yoluxub və yoluxanların 10 faizini öldürüb.

Xəstədə şiddətli simptomlar ortaya çıxana qədər virusun yoluxucu olmamasına görə infeksiyanın yayılması əsasən tibb müəssisələrində baş verib və bu virusun digər ictimai yerlərdə yayılmasının qarşısını alıb. Ancaq “Clade X” xəstələrdə simptomlar ortaya çıxmazdan əvvəl yoluxucu ola bilib və bu dəfə xəstəlik xəstəxanalarla məhdudlaşmayaraq daha çox ictimai yerlərdə yayılmağa başlayıb. Ölümlə nəticələnən hallar isə 3.125% təşkil edib. Eyni zamanda simulyasada pandemiyanın dünya iqtisadiyyatının çöküşünə səbəb ola biləcəyi də önə çəkilib.

Qeyd edək ki, 2018-ci ildə Con Hopkins Universitetinin Sağlamlıq Mərkəzi buna bənzər bir sıra digər simulyasiyalar da təşkil edib.

Xəbər 2039 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +