İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


10.03.2020  12:19 

“Neft 30 dollar da olsa, büdcə öhdəliyi yerinə yetiriləcək”





A+  A-

“Neftin büdcədə 55 dollar götürülməsinin təsirləri başqadır, neft 30 dollar olsa, bu o demək deyil ki, büdcə bu il çökəcək, maaş-təqaüd verilməyəcək”.
XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli feysbukda yazıb.

O bildirib ki, ölkədə büdcə 49% Neft Fondundan birbaşa transfertlə, 11%-ə yaxın isə neft sektorundan gələn vergilərlə formalaşır: “Neft 30 dollar da olsa, büdcə öhdəliyi yerinə yetiriləcək - Neft Fondundan bu il büdcəyə nəzərdə tutulan 11,350 mlrd. manat köçürüləcək, bunun qiymətə dəxli yoxdur.

Ucuz qiymətə görə, büdcə neft sektorundan 500 mln. manat daha az vergi daxil olacaq ki, bu da ciddi faciə deyil.

Bəs neftin 55 dollar götürülməsinin əsas zərbəsi nədə hiss olunacaq, bunu da izah etməyə çalışacam. Əsas problem Neft Fondunun büdcəsində olacaq. Bu il NF-nun büdcəsinin gəlir hissəsi 12,384 mlrd. manat təsdiqlənib və bu gəlir qiymətin ortalama 55 dollar olması ilə hesablanıb. Qiymət 35 dollar olsa, NF-dunun gəlirləri, təqribən 5 mlrd. manat azalacaq, kəsr yaranacaq, çünki bu il üçün xərclər ümumən 11,590 mlrd. manat nəzərdə tutulub. Deməli, NF-du öz ehtiyatlarından xərcləməli olacaq.

NF-nun aktivlərində əsas hissə dollarladır- dünyada dollar da düşür, bundan başqa NF-nun qiymətli kağızlarda və daşınmaz əmlakda olan aktivləri də ucuzlaşır. Düzdür, qızılda artım var, amma qızılda olan aktivlər itkiləri kompensasiya etmir.

Ucuz neft xarici ticarət dövriyyəmizi çökdürəcək, xarici ticarət balansında mənfi saldo yaranacaq, ölkənin aldığı satdığından çox olacaq və paralel olaraq ÜDM də azalacaq.

Yaxşı, bəs nə addımlar atılmalıdır?

İlkin olaraq yubanmadan manatı 15% ucuzlaşdırmaq, inzibati məzənnəni 1.95 etmək lazımdır. Qeyri-populyar addımdır, amma başqa yol yoxdur.
Sürətlə çox bəsit, sadə, ancaq dövriyyədən hesablanan və kiçik həcmli vergi tutulan sistemə keçmək lazımdı - məsələn, bütün növ vergilər ləğv edilir, ancaq sahələr üzrə 2%, 4%, 6%, 8% dövriyyədən vergi tədbiq edilir.

Ölkədə istehsalı olmayan bütün növ mallar üzrə gömrük rüsumu cəmi 1% təyin edilir (hesabatlılıq üçün cüzi rüsum vacibdir), 4) Neft Fondunun vəsaitini bu hökumət onsuz da yeyib-bitirəcək. Buna görə NF-dan ayırılan vəsait hesabına nizamnamə kapitalı 10 mlrd. manat olan Dövlət İnvestiya Bankı yaradılır və ancaq kiçik-orta sahibkarlara ən azı 3, ən çoxu 7 illik cəmi 3%-lə investisiya kreditləri verilir.

Layihələri ancaq şəffaf şəkildə çalışan komissiya təsdiq edir. Əsas istiqamət istehsal və xidmət layihələri olur. Bu yolla azı 500 min yeni iş yeri yaratmaq, daxili istehsalı gücləndirmək olar. Əsas şərt odur ki, kreditlər doğru ayrılsın, dövlət biznesə birbaşa qarışmasın.

Dövlətin balansında olan istehsal və xidmət aktivləri satışa çıxarılmalıdır, dövlətin balansında olan və ziyanla işləyən müəssisələr özəlləşməlidir, və ya biznesə azı 25 illik icarəyə verilməlidir”.

Xəbər 1727 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +