“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


04.03.2020  12:39 

“Dərslər bir ay dayandırla bilər” - İctimai Şuranın məsul katibi





A+  A-

Nazirlər Kabinetinin qərarı ilə Azərbaycandakı bütün təhsil müəssisələrində tədris martın 3-dən 9-na qədər dayandırılıb. Tədris fasiləsindən sonra ilk dərs günü martın 10-u müəyyən edilib.
Aydın məsələdir ki, bu müddət ərzində həm tələbələr, həm də şagirdlər dərs proqramından geri qalmalı olacaqlar.

Bəs bu cür hallarda dərs proqramları necə qaydasına qoyulur?

Hər hansı geriləmə müşahidə oluna bilərmi?

XəzərNews.az bildirir ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, təhsil eksperti İlqar Orucov mövzu barədə Modern.az-a danışıb.

Ekspert bir həftəlik təlim-tədris prosesinin dayandırılmasının proqramda geriliyə gətirib çıxaracağını istisna etməyib:

"Həm orta məktəb şagirdlərinin, həm də ali məktəb tələbələrinin geri qalmasına gətirib çıxarır. Məsələ budur ki, “Təhsil haqqında" qanunda da xüsusi hallarda dərslərin dayandırılmalı olduğu təsdiq olunub. İndiki halda isə koronavirus səbəbindən dərslər dayandırılıb”.

İlqar Orucov bir həftəlik müddətin o qədər də böyük olmadığını söyləyib:

“Hər halda vəziyyətin düzələcəyinə hər birimiz ümid edirik. Təbii ki, vəziyyətin gərginləşəcəyi təqdirdə dərslər bir ay dayandırla bilər. Bu cür hallarda Təhsil Nazirliyi müvafiq qərarlar qəbul edir. Hətta dərslərin uzadılması məsələsi gündəmə gələ bilər. Bildiyiniz kimi əksər məktəblərdə dərs müddəti 5, ya da, 6 günlük sistem əsasında aparılır. Belə hallarda 6-cı günə dərs salına, yaxud da proqramın üzərində işlənilə, dərs yükü artırıla bilər. Bununla da məsələ kompensasiya olunar”.

İctimai Şuranın məsul katibi qeyd edib ki, əgər proqramda hansısa mövzuların keçirilməsi nəzərdə tutulubsa, bu, mütləq şəkildə təmin olunmalıdır:

“Növbəti proseslərdə həm şagirdlərin, həm də tələbələrin yekun nəticə olaraq biliklərinin imtahanla sona yetməsinə gətirib çıxara bilər. Əgər dərslərin müddəti uzadılarsa, bu məsələyə Təhsil Nazirliyi baxacaq. Hələlik bu müddət o qədər də böyük müddət deyil. Hesab edirəm ki, bir həftəlik dərs yükünü proqrama daxil edərək bir qədər proqramı ağırlaşdırmaqla öhdəsindən gəlmək olacaq”.

Xəbər 1545 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +