AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


02.03.2020  10:54 

Qazaxıstan koronavirusa görə Azərbaycanla bağlı qərar verdi





A+  A-

Qazaxıstan hökuməti COVID-19 virusu səbəbiylə Azərbaycanla uçuşların sayını azaltmaq və xəstəliyin baş verdiyi yerlərdə İran vətəndaşları üçün ölkəyə giriş üçün müvəqqəti qadağa tətbiq etmək niyyətindədir.
XəzərNews.az-ın “Tengrinews” saytına istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf nazirinin müavini Berik Kamaliyev deyib.

“Martın 5-dən etibarən Nur-Sultan-Bakı istiqamətində uçuşlar ləğv ediləcək. Almatı-Bakı istiqaməti üzrə uçuşlar həftədə beş dəfədən bir dəfəyədək, Aktau-Bakı üzrə uçuşlar isə həftədə 7 gündən bir günədək endiriləcək. Nur-Sultan-Tokio aviareysi üzrə uçuşların sayı da bir dəfəyədək azaldılacaq", - deyə o, bildirib.

Kamaliyevin sözlərinə görə, bununla əlaqədar, martın 1-dən bu reyslərə bilet alan sərnişinlər biletləri aldıqları yerdə tam və heç bir pul tutulmadan qaytara bilərlər.

Qazaxıstanın Baş naziri Askar Mamin, qeydə alınan koronavirus infeksiyası hallarının artdığı ölkələrin vətəndaşlarına viza verilməsinin dayandırılmasının vacibliyini bildirib. O, həmçinin belə ölkələrə müntəzəm uçuşların məhdudlaşdırılması, koronavirusu olan ölkələrdən xarici işçilərin cəlb edilməsi üçün icazə verilməsinin dayandırılması barədə göstəriş verib. Bundan əlavə, Nazirlər Kabinetinin üzvlərinə koronavirusun yayılması təhlükəsi olduğuna görə ölkədə böyük beynəlxalq tədbirlərin təxirə salınmasının mümkünlüyünü nəzərdən keçirməyi tapşırıb.

Daxili İşlər naziri Muxtar Tleuberdi, Qazaxıstanın xaricdə COVID-19-un yayılması ilə bağlı vəziyyətə nəzarət etdiyini və pisləşdiyi təqdirdə evakuasiya məsələsini həll edəcəyini vurğulayıb.

Onun sözlərinə görə, yüksək epidemioloji riski olan ölkələrdə hazırda 95 mindən çox Qazaxıstan vətəndaşı var. Bunlardan 35 mini Cənubi Koreyada, 40 mini ABŞ-da, 5,1 mini Birləşmiş Ərəb Əmirliklərində, 5 mini Almaniyada, 3 mini İngiltərədə, 1.8 mini İtaliyada, mini isə Fransadadır.

“Onların əksəriyyəti tələbələr, miqrant işçilər, xarici qurumların işçiləri, ailələri, turistlər və iş adamlarıdır. Epidemioloji vəziyyətin pisləşməsi halında təxliyə vaxtında görüləcək, - deyə DİN rəhbəri qeyd edib.

Xəbər 1765 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +