Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


28.02.2020  11:08 

Koronavirus daha 3 ölkədə!





A+  A-

Dünyada sürətlə yayılan koronavirus ilk dəfə Litva, Yeni Zellandiya və Nigeriyada qeydə alınıb.
XəzərNews.az-ın xəbərinə görə, Litva Səhiyyə Nazirliyi COVID-19 infeksiyasının İtaliyanın Verona şəhərindən qayıdan şəxsdə aşkarlandığını açıqlayıb.

“Xəstə Şyaulay şəhərindəki bir xəstəxanada təcrid vəziyyətində saxlanılır. Burada bu cür xəstəliklərin müalicəsi üçün lazım olan hər şey var. Hazırda onda xəstəliyin yüngül simptomları müşahidə olunur”, - deyə Səhiyyə Nazirliyinin saytında dərc olunmuş açıqlamada bildirilir.

Nigeriyanın Federal Səhiyyə Nazirliyi Laqos ştatında infeksiyasının aşkarlandığını təsdiqləyib.

Yeni Zelandiya Səhiyyə Nazirliyinin sözçüsü, koronavirusa yoluxmuş şəxsin fevralın 26-da Oklend şəhərinə gəldiyini bildirib. Qeyd olunur ki, 60 yaşlı kişi Bali üzərindən Tehrandan ölkəyə gəlib.

Xəbər 3195 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +