Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


27.02.2020  09:38 

Gürcüstan İrana gediş-gəlişi məhdudlaşdırdı





A+  A-

Gürcüstan hökuməti koronavirusun yayılması səbəbindən İrana gediş-gəlişi məhdudlaşdırmaq qərarına gəlib.
XəzərNews.az-ın "Sputnik Gürcüstan"a istinadən məlumatına görə, bunu Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaridze çərşənbə günü keçirdiyi brifinq zamanı açıqlayıb.

“Gürcüstanın Baş Naziri ilə görüşdə qərər qəbul olundu: bizim İranla sərhədimiz yoxdur, lakin iki həftə ərzində İran vətəndaşları üçün gediş-gəliş məhdudlaşdırılacaq. Gediş-gəliş, həmçinin İrandan gələn Gürcüstan vətəndaşları üçün də məhdudlaşdırılıb”, - Tikaridze deyib.

Qeyd edək ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Həmin şəxs - bu günlərdə İrandan qayıdan 50 yaşlı Gürcüstan vətəndaşıdır. O, Gürcüstana Azərbaycandan keçib.

Xatırladaq ki, daha əvvəl Gürcüstan hava nəqliyyatı ilə İran və Çindən sərnişin axınını müvəqqəti dayandırdığını açıqlamışdı.

Xəbər 3076 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +