Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


24.02.2020  15:41 

Apteklərdə maskanın qiymətini qaldırdılar - VİDEO





A+  A-

“Bayaq bir müəllimə gəlib deyir ki, maskaları gizlətmisiz. Mən niyə gizlədim axı? Heç özümdə maska yoxdur. Görsəz ki, məndə var, onda deyin ki, özü taxır, bizə vermir. Virusdan qorunmaq üçün spirt çəkirəm”.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri şəhər apteklərində maska axtardığımız zaman əczaçı xanımlardan biri deyir. Səhər saatlarından maska yoxluğuna görə müştərilərlə problem yaşayan əczaçı 3-4 gündür vəziyyətin belə olduğunu söyləyir:

“Bütün şəhərdə belədir, tək bizdə yox. Hər gün anbara zəng vururuq, deyirlər ki, yoxdur. 3-4 gündür vəziyyət belədir. Maskanın özü də Çindən gəlir, yollar bağlanıb, o da qalıb”.

Həqiqətən də yaxınlaşdığımız bir neçə aptekdə maskanın olmadığı məlum oldu, əczaçılar hər kəsin soruşduğu - “bəs maska nə vaxt olacaq?” sualının cavabını verməkdə çətinlik çəkirlər.

Məşhur apteklər şəbəkəsi olan “Avis”də də vəziyyət eynidir. Hətta digərlərindən fərqli olaraq, burada maskalar bir müddətdir ki, baha - 40-50 qəpiyə satılır:

“Qiyməti sonuncu dəfə 40 qəpiyə gəlmişdi, indi bundan da baha olması gözlənilir”.

“Avis” mağazalar şəbəkəsinin müdir müavini Asif Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda depolar da maksimum 10 qutu maska satır:

“Deməzdim ki, bütün apteklərimizdə maska tükənib. Az da olsa, var. Sadəcə olaraq müraciətlər qat-qat artıb. Bizim mağazalarımızda satılan maskalar qutuda 50 ədəd olur və 3 qatlıdır”. A. Məmmədovun sözlərinə görə, onların təklif etdiyi maskalar daha keyfiyyətli olduğuna görə, qiyməti bir qədər bahadır.

Gəzdiyimiz apteklər arasında axır ki, birində maska tapırıq. Nərimanov metrosunun yaxınlığında yerləşən apteklərdən birinin əczaçısı Hikmət Alışanov deyir ki, ədalətli bölgü olsun deyə 1 müştəriyə 10 ədəddən artıq maska satılmır:

“Biz anbardan bir qədər az maska götürmüşük, ancaq buna baxmayaraq qiymətində hər hansı fərq yoxdur. Həmişəki kimi 10 qəpiyə satılır. Gəlib çox istəyənlər olur, elə vermirik. Hələ ki, ehtiyatımız olsa da, hər ehtimal maksimum 10-10 satırıq. Çünki soruşan hər kəsə çatmasını istəyirik”.

Bundan başqa, əczaçı iddia edir ki, həmkarları sonradan maskaları baha satmaq məqsədilə müştərilərə maskanın olmadığını deyirlər:

“Camaat şikayətlənir ki, çox yerdə tapa bilmir və ya qiyməti bahadır. Bu, düzgün deyil. Çoxu da maska satışını dayandırıb ki, 5-10 gün sonra daha baha satsın. Daha çox məktəblilər üçün istəyirlər. Müdiriyyətin tapşırığı ilə hətta uşaqlara pulsuz verdiyimiz vaxtlar da olur. Bir millətik, belə günlərdə bir-birimizin yanında olmalıyıq”.

Vətəndaşlar da artıq bir neçə gündür ki, apteklərdə maska tapılmamasından, adətən 10 qəpiyə satılan maskanın qiymətinin 70-80 qəpiyə kimi qaldırılmasından narazıdır: “Aptekler maska satmır. Maska da Çindən gəlirmiş, onun da yolları bağlanıb. Qiymətlər qalxıb kəllə-çarxa. Virusun müalicəsi daha ucuzdur”.



Xəbər 1832 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +