“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


22.02.2020  19:06 

Kürdə suyun səviyyəsi azalıb





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 190, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla onun 30-160, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və norma daxilində olmaqla onun 80-100 faizini təşkil edir.
Departamentdən XəzərNews.az-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 113 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 58 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 19 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 25 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 111 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 72 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində dəyişməyərək 348, Şirvan məntəqəsində 2 santimetr azalaraq 169, Salyan məntəqəsində 1 santimetr azalaraq 123, Bankə məntəqəsində dəyişməyərək 150 santimetr olub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 santimetr artaraq 55 santimetr təşkil edib.

Xəbər 1668 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +