Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


20.02.2020  14:02 

Tükənmiş qorxağa cəsarət verən nədir?





A+  A-

Məmləkətin nəbzi seçki ilə döyünür. Xalq seçki üzərindən gedən prosesləri, oynanılan oyunları, baş verən incəlikləri diqqətlə izləyir. Diqqəti çəkən məqamlardan biri zaman-zaman hakimiyyətin qanadları altına sığınan şəxslərin indi əsl simalarını göstərməsidir. Öz zəiflikləri üzündən seçkini uduzan həmin buqələmun tiplər tükəndiklərini və bu seçkinin onların var olması üçün son şanslardan olmasını fərq edərək hər cür səviyyəsizliyə gedir, qanunsuzluğa və mənəviyyatsızlığa əl atırlar.
Siyasi riyakarlığın tarixçəsi

Ən qızğın mübarizənin getdiyi dairələrdən biri 10 saylı Binəqədi üçüncü Seçki Dairəsidir. Binəqədi rayonunda doğulub böyüyən, sakinlərin uzun illərdir sevə-sevə ağsaqqallığını qəbul etdiyi Hacı Madər Musayev bu dəfə də təbii olaraq, xalq tərəfindən seçilib. Lakin bu rayonla bağlılığı son illərə təsadüf edən, yerli camaatla arasında heç bir mənəvi bağlılığı olmayan, Binəqədidə bircə nəfərin probleminin həlli üçün barmağını belə tərpətməyən “əbədi namizəd” Qorxmaz İbrahimli bu dəfə də seçki cığallığına davam edir.

Guya seçici Qorxmaza səs verib, səsvermə Hacı Madərin xeyrinə saxtalaşdırılıb. İnsaf-mürvət yaxşı şeydir! Heç olmasa, camaat arasında çıxıb Hacı Madər haqqında bir-iki kəlmə soruş, sadə xalqın cavablarını eşit. Buna ehtiyac da görmür. Niyə? Ona görə ki, real vəziyyət ona hələ 2000-ci illərdən bəlldiri. Çünki Qorxmaz İbrahimli Hacı Madərin necə böyük nüfuz sahibi, hörmət yiyəsi olduğunu çox gözəl bilir. Bunu Binəqədi qəsəbəsində taksi sürücüləri və “TOPaz”ın qarşısında keçirdiyi 5-10 nəfərlik görüşlərində özü də görüb və qorxusundan kəndin içinə belə girə bilməyib. Adını da qoyub Binəqədi qəsəbəsində seçicilərlə “möhtəşəm” görüş. Atalar yaxşı deyib: “Utanmasan oynamağa nə var ki?!”

Bəs onu belə addım atmağa, mənəviyyatdan uzaq hərəkətlərə sövq edən nədir? Bu suala cavab vermək üçün oxuculara və iki əlin barmaqlarının sayı qədər olan seçicilərinə adı çəkilən şəxsin kimliyini tanıdaq.



Əslən Şahbuz rayonundan olan Qorxmaz xalq şairi Məmməd Arazın qardaşı oğludur. O Məmməd Arazın ki, ümummilli lider Heydər Əliyevlə yaxın dost idi. Qorxmaz özü isə Xalq Cəbhəsi sıralarında gələcək karyerası üçün çırpınırdı. Özü barələrində ailəlikcə guya siyasət oyunu oynayırdılar - işdir-şayəddir, hakimiyyət dəyişsə, cəbhə hakimiyyətindən də töhfə ala bilsinlər. Yeri gəlmişkən, Q.İbrahimli Xalq Cəbhəsində olanda iyrənc əməllərindən əl çəkməyərək bir tərəfdən Əli Kərimlinin “Yurd” qruplaşmasında öz liderinə - Əbülfəz Elçibəyə qarşı mübarizə aparır, digər tərəfdən də Kələkiyə gedərək AXCP sədrinə sadiqliyini göstərməyə çalışdırdı. Elçibəyin vəfatından sonra Əli Kərimli tərəfindən “qələmi qırılan” İbrahimli digərləri ilə birgə ondan uzaqlaşdı və guya yeni müxalifətçiliyə başladı. Lakin iqtidardakı qohumlarının vasitəsilə QHT sektoruna dürtülərək külli miqdarda qrantlar əldə edə bildi. Həyata keçirdiyi layihələrin reallaşmasında da faydalı iş əmsalı sıfırın altında. Qeyd edək ki, Q.İbrahimli oyunbazlığı hazırda bu platformada da davam etdirir. Bir tərəfdən müxalif partiyada müavin vəzifəsini tutur (hansı ki, həmin partiya yarananda belə ölü doğulub), digər tərəfdən də iqtidaryönlü QHT forumunun rəhbərliyində təmsil olunur.

Dövlətdən alıb dövlətin əleyhinə işləmək

Yuxarıda qeyd etdiyimiz kimi, siyasi oyunbazlıq bununla kifayətlənmir. Qorxmazın qardaşı gömrük orqanlarında çalışır və Biləsuvar Gömrük İdarəsində böyük bir vəzifə tutur. Burasını ötəri qeyd edək ki, sözügedən gömrük keçid məntəqəsinin əməkdaşlarından o zonanın insanları dad edirlər və həmin əhaliyə zülm edən gömrükçü “fəallardan” biri də elə Qorxmaz İbrahimlinin qardaşı Ceyhun İbrahimlidir. Haqdan, ədalətdən, dindən-imandan, humanizmdən danışan, Binəqədi sakinlərinə ağ gün vəd edən Qorxmazın qardaşı. Müxalifətçi olduğunu deyən Qorxmazın qardaşı. O qardaş ki, Qorxmaz İbrahimlinin seçki kampaniyasına maddi dəstək verir. Qorxmaz İbrahimli də ağzını Allah yoluna qoyaraq qarayaxmaları ilə ölkə prezidentini və dövləti gözdən salmaqla məşğuldur. Qardaşının dövlətdən qazandığı pullarla dövləti gözdən salmaq - təsəvvür edirsinizmi bu, nə deməkdir?



Q.İbrahimlinin sədr müavini olduğu Aydınlar Partiyasının Binəqədi rayonunda yerli təşkilatı yoxdur. O necə müxalifət partiyasıdır ki, paytaxtın ən böyük rayonlarının birində yerli təsisatı yoxdur? Və bu halda sədrin birinci müavini nəyə söykənərək Binəqədidə namizədliyini irəli sürüb? Rayon camaatı arasında nüfuzu sıfır olan partiya "lideri" nəyə əsaslanaraq bu dairəni seçib?

Protest elektorata ümid edibsə, hanı o səslər? Səsvermənin nəticələrinə görə İbrahimli 7-ci yeri tutub (508 səs). Əgər ikinci yeri tutsaydı nəzəri baxımdan iddia edə bilərdi ki, seçki saxtalaşdırılıb. Əgər Hacı Madər seçilməsydi belə, o dairədən başqa namizəd seçiləcəkdi. Bu artıq aksiomadır. Görünür, alver etməyə gəlmişdi, alver baş tutmayıb, o da fəryad edir.

Qorxmaz İbrahimlinin qarayaxmaları, böhtanları heç bir hədd, əxlaq çərçivəsi tanımır, qarşısı alınmadıqca, mənəvi aşınmadan doğan tərbiyəsizliyin miqyası daha da genişlənir. Əxlaqdan, mənəviyyatdan danışan adamın tərbiyəsinə bir baxın! Belə bir əxlaqsız addımlar atmağı özünə rəva bilən adamın isə qanunsuz hərəkətlərə yol verməsi gözləniləndir. Təsəvvür edin ki, 3-4 jurnalisti özünə qoşaraq DSK-nın son iclasına salır. Baxmayaraq ki, bu hərəkətin qanunsuz olduğunu özü də bilir. Çünki “KİV haqqında” AR Qanununa görə, jurnalistin hər hansı bir dövlət qurumunun toplantılarını işıqlandırması üçün o qurumda akkreditasiyadan keçməsi tələb olunur. Jurnalistlər isə nə DSK-da, nə də MSK-da akkreditasiyaları yoxdur. Qanunverici fəaliyyətə iddialı, xalqın rifahına xidmət edəcək qanunların qəbuluna vəd verən adam DSK sədrinin humanistliyindən istifadə edərək qanunsuzluq edir.
Qorxmaz İbrahimlinin seçki pozuntuları bununla bitmir. Seçkiqabağı təbliğat başlamamış özünü xarici internet TV-lərində təbliğ etmək, rəqibinə qarşı böhtan kampaniyası düzənləməklə, özü təşkil etdiyi pozuntu oyunlarını başqa namizədin adına yazmaqla xeyli qanunsuzluqlara yol verib. Deyək ki, DSK Qorxmaz İbrahimlinin hakimiyyətdəki hamilərindən qorxur, bəs MSK hara baxır? Bəs o nədən çəkinir?

Qorxmazın hakimiyyətdəki hamiləri demişkən - özünün söylədiyi, artıq lətifəyə çevrilmiş bir ştrixi də diqqətə çatdıraq...

Qorxmazın deməsinə görə, guya bu dəfə ona deputat olacağı barədə təmsil olunduğu “Naxçıvan klanı” söz veribmiş. Lakin aid olduğu “klan”ın mövqeləri zəiflədiyindən, Birinci vitse-prezident bakılılara üstünlük verdiyindən onun qələmi qırılıb. Bəzilərində gülüş doğuran bu məqam əslində adamın xislətini açır - adamın xarakteri qarayaxma və böhtanla yoğrulub.

Məmməd Həsən

Xəbər 1377 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +