AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


20.02.2020  10:56 

“Qarajları söküb yaşıllıq salsınlar”





A+  A-

“Sakinlərinin həyətdə oturub-durmağa yeri yoxdur. Uşaqlar “Orbita” MTK şirkəti tərəfindən dağıdılmış qarajların üzərində oynayır. 4 minə yaxın sakin yaranmış vəziyyətdən narazıdır”.
XəzərNews.az bildirir ki, bu sözləri Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi 1, 2, 3, 4, 5, 51 və 52 saylı binaların sakinləri “Qafqazinfo”ya müraciətində söyləyib. 80 yaşlı şikayətçi Mehman Quliyev bildirib ki, 7 binanın həyətyanı sahəsində qarajlar dağıdıldığından ərazidə sakinlərin istirahəti üçün yer qalmayıb. O, aparılacaq tikinti işlərinin qanunsuz olduğunu iddia edib:

“80-dən çox qaraj var və şirkət cəmi 11-ni alıb. Orada heç cür bina tikmək olmaz. Uşaqlar qarajların üstündə oynayır, onlar üçün hər an təhlükə var. Biz istəyirik ki, qarajlar sökülsün, heç bizə kompensasiya verilməsə də olar. Ancaq sakinlərin istirahəti, uşaqların oynaya bilməsi üçün yaşıllıq salınsın.

Şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla çoxmərtəbəli yaşayış binasının tikitisinin dayandırılması ilə bağlı bir çox dövlət orqanına müraciət etmişik”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sakinlərin müraciətinə cavab olaraq bildirilib ki, şəhərsalma və tikinti qanunvericiliyinin, o cümlədən, tikintiyə və söküntüyə icazə verilməsi üzrə icraat prosedurunun pozulması ilə əlaqədar olaraq Komitənin “Orbita” MTK-nın rəhbərliyinə ünvanladığı 14 sentyabr 2018-ci il tarixli məktubu ilə rəsmi olaraq işlərin dayandırılması tələb edilib. Bundan başqa, Binəqədi rayon İcra Hakimiyyətindən işlərin dayandırılması və ərazinin nəzarətdə saxlanılması xahiş edilib.

“Orbita” MKT -nın sədri Famil Bağıyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitomitəsinin tələbi nəzərə alınaraq şirkət layihəni dayandırıb:

“Hələ ki heç bir iş aparılmır. Orada çoxsayllı qaraj var və ərazi antisanitar vəziyyətdədir. İcra Hakimiyyəti tərəfindən 3-4 hektarlıq sözügedən həyətin abadlaşdırılması bizə tapşırılmışdı. Qaraj sahibləri ilə müqavilə əsasında həmin əraziləri almışıq. Çünki onların 70 faizi başqa məqsədlə istifadə olunur və sakinlər özləri belə axşam vaxtı həyətyanı sahədə hərəkət edə bilmir. Ancaq Dövlət Şəhərsalma və Arxitektura Komitomitəsinin tələbinə uyğun olaraq 2 il yarımdır ki, layihə ilə bağlı tikinti işləri dayandırılıb. Hazırda sakinlərin şikayəti əsasızdır”.

Xəbər 2182 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +