İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?
“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”
Ceyhun Bayramov Yens Stoltenberq ilə görüşüb
Zakir Həsənov Stoltenberqlə görüşüb - VİDEO
“Taksilərin sayı azaldılır, qiymətlər qalxacaq“
Məna Əliyev xəstəxanaya yerləşdirilib
Biz onların üzərinə getməliyik!
Qubada qanunsuz tikili sökülüb-VIDEO


19.02.2020  16:58 

Hikmət Cavadov: “Ukraynadakı səfirin işi diaspor liderlərilə müharibə aparmaqdır”





A+  A-

Ukraynalı deputat Darya Volodina Ukrayna Ali Radasında “Qondarma erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsinin qəbul olunmasına çalışır.
Prezident Vladimir Zelenskinin başçılıq etdiyi “Xalqın qulluqçusu” (Sluqa naroda) partiyasının üzvü olan Volodina təşəbbüsünün parlamentin gündəliyinə salınmasına nail olub.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov Xocalı soyqrımının 28-ci ildönümündə qondarma erməni soyqrımı layihəsinin qəbul olunma cəhdinə münasibət bildirib.

Hikmət Cavadov xatırlatma olaraq deyib ki, bu, Ukrayna parlamentinə təqdim olunan ilk təşəbbüs deyil:

“2013, 2015, 2019-cu illərdə də belə hal yaşanıb. Bu qondarma soyqırım layihəsinin qəbul olunması üçün Ermənistanın Ukraynadakı səfirliyi gecə-gündüz iş aparır. Bundan başqa, Ermənistanın Ukraynadakı diasporunun yaxın dostu olan Darya Volodinanın bu qanun layihəsinin qəbul olunması üçün təşəbbüs göstərməsi heç də təsadüf deyil. Çünki o, Ermənistanla sıx əlaqədədir.

Düzdü, bu qanun layihələri bu günə kimi qəbul olunmayıb. Bunun da səbəbləri arasında Ukrayna-Türkiyə, Ukrayna-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasıdır. Ona görə də bu qanun layihələri komitədə müzakirə olunsa da, heç zaman səsverməyə çıxarılmayıb. Ümidvaram ki, bu il də belə olacaq. Ukrayna parlamenti qondarma bir məsələyə baxmayacaq”.

Diaspor sədri qeyd edib ki, Ukrayna parlamenti belə bir addım atsa, bu, Ukrayna ilə Türkiyə, eləcə də Ukrayna ilə Azərbaycan arasında olan münasibətlərə öz mənfi təsirini göstərə bilər: “Hətta bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da Ukraynada oldu. Türkiyənin Ukraynaya olan dostluq münasibəti Ali Radaya məlumdur. Ona görə də bu qondarma qanun layihəsinin səsverməyə çıxarılacağına inanmıram”.

H.Cavadov təəssüflə deyib ki, Ermənistanın diplomatik korpusu bu məsələ ilə bağlı ciddi iş aparsa da, Azərbaycanın Ukraynadakı səfiri tamamilə fərqli siyasət yürüdür:

“Bu adamın işi Ukraynada diaspor hərəkatının liderlərilə müharibə aparmaq, onlara qarşı düşmənçilik mövqeyindən çıxış edərək onlara qarşı çoxşaxəli qarayaxma kampaniyalarını təşkil etməkdir.

Xocalı soyqırımının tanıdılması ilə bağlı hansı işləri görürlər? Təəssüf ki, bu cür məsələlər Ukraynada ancaq Azərbaycanın diaspor xətti ilə inkişaf etdirilir. Düzdür, bu, bizim borcumudur. Amma, buradakı səfirimiz Azərbaycanın bütün maraqlarını kənara qoyub ancaq bizneslə məşğul olur, diplomatik fəliyyəti kənara qoyaraq hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan şirkətlər üçün torpaq sahəsi alınmasında “maklerlik” edir.

Ukraynanın hansı dövlət nümayəndəsi ilə görüşürüksə, səfir hər vəhclə bu münasibətləri korlamağa çalışır. Bu necə Azərbaycançılıqdı, necə Azərbaycana xidmət etməkdir?!!

Diplomatik imkanlarımızı Azərbaycana xidmətə, Qarabağın işğaldan azad edilməsinə sərf etməliyik, diaspor liderlərinin telefon danışıqlarına dinlətməyə deyil.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Azərbaycan həqiqətlərinin dünya ictimaiətinə çatdırılması yönümündə cənab Prezidentin apardığı dövlət siyasətini rəhbər tutaraq dünən Xocalı soyqrımının Ukrayna parlamentində tanınması və belə bir qanun layihəsinin müzakirəyə çıxarılması üçün parlamentinə müraciət etmişik. Bu məsələylə bağlı Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri ilə, həmçinin GUAM qrupun rəhbəri ilə şəxsən müzakirələr aparmışam.

Hazırda Xocalı soyqrımının Ukrayna parlamentində tanınması üçün qanun layihəsinin hazırlanması yönümündə bəzi Azərbaycanı sevən deputatların imzalarını toplayırıq ki, qanun layihəsini hazırlayaq və parlamentə çıxaraq.

Biz belə işlər görərkən səfirin bizə qarşı qarayaxmalarını heç cür başa düşə bilmirəm. Mən hesab edirdim ki, Ukraynada Azərbaycan diasporuna qarşı ancaq ermənilər fəaliyyət apara bilər. Təəssüf ki, yanılmışam. Ermənistanın burdakı səfiri Ali Radanınn rəhbəri ilə görüşündə xahiş edir ki, erməni diasporunun üzvlərini qəbul etsin. Bizim səfir isə Azərbaycan diasporunu hədəf götürüb”.

Xəbər 1508 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.03.2024  00:00 

Bu gün İlaxır çərşənbədir

18.03.2024  19:15 

Gəncədə bıçaqlanma olub

18.03.2024  19:07 

Naxçıvanda İnstitut yaradılıb

18.03.2024  19:03 

AFFA bu klubları cərimələdi

18.03.2024  17:31 

Türkiyədə partlayış olub

18.03.2024  15:29 

İmtahan nəticələri elan olundu


BÜTÜN XƏBƏRLƏR +