İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?
“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”
Ceyhun Bayramov Yens Stoltenberq ilə görüşüb
Zakir Həsənov Stoltenberqlə görüşüb - VİDEO
“Taksilərin sayı azaldılır, qiymətlər qalxacaq“
Məna Əliyev xəstəxanaya yerləşdirilib
Biz onların üzərinə getməliyik!
Qubada qanunsuz tikili sökülüb-VIDEO


19.02.2020  11:09 

“Saatlı partlayıcı” kimi Bakı küçələrində dolaşanlar





A+  A-

Azərbaycanda “məşhur” olmaq elə də çətin deyil. İnternet informasiya resurslarının həyatımıza nüfuz etdiyi indiki zamanda bu problemi heç kim yaşamır. Bu imkandan sui-istifadə edib özlərini cəmiyyətə dürtüşdürən müasir gənclik qısa zaman ərzində hər şeyə nail olmaq istəyir. Həm də necə!?

Rəbiyyə Məmmədova adlı guya ictimai fəal adı altında sığortalanan birisi son günlər MSK qarşısında tez-tez görünür. Təkcə görünürmü? Əlbəttə xeyr, həm də oyun çıxarır. Qaba yerişi, qara-qışqırığı və əlindən düşməyən telefonu ilə harada gəldi çəkiliş aparıb sosial şəbəkələrdə özünü reklam edir. Təəssüf ki, Avropadan yayımlanan bəzi media orqanları da bu qızın arxasına düşərək Azərbaycana qarşı antitəbliğatla məşğuldurlar. Hansısa qüvvə bu qızdan istifadə edərək onu hər gün MSK-nın qarşısına dartıb aparır.

Nə baş verir? Əslində R.Məmmədova özü də bilir ki, heç bir ictimai-siyasi nüfuzu olmadığı üçün millət vəkili seçilə bilməzdi. Bu mümkün də deyildi. Namizədliyini irəli sürdüyü dairə ərazisində onu heç kim tanımır. Seçici tanımadığı namizədə necə səs versin?



Biz də - media olaraq tanımalı olduğumuz bu “ictimai-siyasi xadimi” tanımırıq. Hər gün göbələk kimi peyda olan bu tip insanların keçmişləri qaranlıqdır. Bu qaranlığa aydınlıq gətirmək hər kəsin, o cümlədən medianın borcudur. Əks təqdirdə dövlət və onun təhlükəsizliyi üçün təhdid olan bu tiplər “saatlı partlayıcı” kimi Bakı küçələrində dolaşmaqda davam edəcəklər.

Əldə etdiyimiz məlumata görə, R.Məmmədova Daxili Qoşunların hansısa idman klubunda çalışıb. Bu idman klubu ölkədə keçirilən beynəlxalq tədbirlərdə əcnəbi idmançıların yaşadığı binaların mühafizəsi ilə məşğul olub. R.Məmmədova “mühafizə” prosesində ciddi intizam pozuntusuna yol verib. Bu pozuntuya görə də işdən qovulub. Bu barədə əldə etdiyimiz məlumatlar dəqiqləşdirilmə mərhələsində olduğu üçün əlavə şərhə ehtiyac duymuruq.

Vəssalam... Yəni bu adamsifətin iş təcrübəsi hansısa əcnəbi idmançını mühafizə etməkdən o tərəfə keçmir. Amma bələdiyyə olmaq, millət vəkili seçilmək, bir az sonra da ölkəni idarə etmək, daha sonra da satmaq iştahı var.



R.Məmmədova Daxili Qoşunlardan uzaqlaşdırılandan sonra Avropada sığınacaq almaq eşqinə düşür. Bunun üçün də ictimai-siyasi proseslərə qoşulmaq lazım gəlirdi, gecikmək olmazdı. Elə bu ərəfələrdə paytaxtımızın mərkəzində qadınların aksiyaları keçirilir, onların pozulmuş hansısa hüquqlarının qorunması tələb olunurdu. R.Məmmədova həmin aksiyalarda “görünməyə” başladı. Sonradan isə İlqar Məmmədovun yaratdığı Real Partiyasına sığınan R.Məmmədova burda da çox qala bilmədi. Çünki “Real” qara-qışqırıqdan uzaq, daha intellektual insanlara üstünlük verirdi.

“Real”dan ayrılan R.Məmmədova bələdiyyə seçkilərinə qatıldı. Seçki kampaniyası zamanı məntiqdən uzaq və həlli qısa zamanda mümkün olmayan vədlərlə insanların rəğbətini qazanmağa çalışdı. Amma alındıra bilmədi, daha doğrusu istəmədi. Əslində bu onun üçün lazım da deyildi. Onun məqsədi seçkilərdə iştirak etmək, məğlub olandan sonra hay-küy yaratmaq, bütün bunları “arxivləşdirərək” Avropa yolunda qarşılaşacağı maneələri aşmaq idi. Lakin tələsmək olmazdı. Azərbaycan daha böyük seçki marafonu ərəfəsində idi. R.Məmmədova bələdiyyə seçkilərindən dərhal sonra parlament seçkilərində iştirak edir. Təkrar məğlubiyyət onun üçün növbəti “qazanc” idi. Seçkilər bitər-bitməz R.Məmmədova yenə iş başında və “yükünü” yığmağa başlayıb. Sabah-biri gün hər hansı bir insan hüquqlarının qorunması ilə bağlı təşkilat yaratsa təəccüblənməyin. Rəfiqələri, heç bir ali təhsili olmayan Mehman Hüseynov, Fatimə Mövlamlı jurnalist ola bilir, R.Məmmədova ola bilmir?!

Bu qadın cinsi “Hərəkət” Seçki Bloku adlı bir qrupda təmsil olunduğu Mehman Hüseynov adlı “raxid”in yolu ilə getmək istəyir. Guya Mehman məşhurdur, hamı - xüsusən də dövlət ondan çəkinir, Avropa təşkilatlarının qapılarını üzünə taybatay açıqdır. İndi bu da Mehman olmaq üçün hər şeyə əl atır: qarşısında kim var təhqir edir, söyüş söyür, zor nümayiş etdirərək “könüllü məhbus” olmaq istəyir.



R.Məmmədova təbliğat-təşviqat dövründə də saxtakarlıqla məşğul olub. Yalandan informasiya yayır ki, 21 günlük seçki dövründə 10 min evə girib. Əslində bunun yalanını siyasi əqidədaşı Fərhad Mehdiyev də ifşa edib. F.Mehdiyev bildirib ki, bu fiziki cəhətdən mümkün olan iş deyil. F.Mehdiyev haqlıdır. Yəni belə çıxır ki, R.Məmmədova 1 gündə ən azı 476 evin qapısını döyərək seçicilərlə təbliğat işi qurub. Bu utopiyadan başqa bir şey deyil. Bu qadın cinsi ən azı seçici ilə çox yox 5 dəqiqə söhbət aparsa belə 10 saat ərazində maksimum 100 nəfərlə görüşə bilər. Lakin R.Məmmədovanın bütün günü seçici ilə görüşməsi də mümkün deyil axı. Çünki onun sosial şəbəkədəki səhifəsini izləyəndə bəlli olur ki, o seçici ilə görüşdən daha çox özündənrazı rəfiqələri ilə gün keçirib.

Nə isə, bu “bostan bitkiləri” ilə bağlı araşdırmalar davam etməlidir. Bunlara “sığınacaq pasportu” almalarına imkan verməməliyik. Hər zaman tənqid olunmalı, cəmiyyətin aparıcı simalarına çevrilmələrinə imkan verməməliyik. Bu ölkə mehmanlar, rəbiyyələr, ülvilər üçün “mehmanxana” ola bilməz. Bu ölkədə demokratiya adı ilə qrant arxasınca sürünənlərə, pula-mala görə hər şeyindən keçənlərə məzar yeri belə vermək günahdır.

Çimnaz Əlibəyli


Xəbər 1453 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.03.2024  00:00 

Bu gün İlaxır çərşənbədir

18.03.2024  19:15 

Gəncədə bıçaqlanma olub

18.03.2024  19:07 

Naxçıvanda İnstitut yaradılıb

18.03.2024  19:03 

AFFA bu klubları cərimələdi

18.03.2024  17:31 

Türkiyədə partlayış olub

18.03.2024  15:29 

İmtahan nəticələri elan olundu


BÜTÜN XƏBƏRLƏR +