Londonda məhkəmə işi ilə gündəm olan deputatın oğlu Bakıda obyekt tikir
Partiyaların maliyyə hesabatı şəffafdırmı?
Həcc ziyarətinə sənəd qəbulu niyə dayandırılıb?
Dilənçi payı üçün papaq atırlar
Biz tələbələrin istəklərini nəzərə aldıq – Foto/Video
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?


19.02.2020  09:49 

Narın saymaqla bitməyən faydaları





A+  A-

Narın saysız-hesabsız faydalı xüsusiyyətləri var.
XəzərNews.az “MedikForum.ru”ya istinadən onların bir neçəsini təqdim edir:

Nar vitaminlər, kalium, maqnium, kalsium, yod, fosfor, manqan, natrium və dəmirlə zəngindir. Meyvənin şirin qırmızı lətində çox sayda təbii turşular, dubil maddələr, fitontsidlər var.

Hipertoniya və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar nar qəbul etməlidir. Meyvə damar divarlarını möhkəmləndirir, arteriyal təzyiqi aşağı salır.

Yaşlı insanlar da nar yeməlidir. Belə ki, meyvə orqanizmin ümumi tonusunu yüksəldir. Həmçinin nar damarların qocalma prosesini ləngidir. Artritdən əziyyət çəkən xəstələrə ağrı sindromunu azaltmaq məqsədi ilə nar şirəsi içmələri məsləhət görülür.

Narda fiziki və zehni aktivliyi yaxşılaşdıran maddələr var. Narın qəbulu nəticəsində yaddaş daha yaxşı, diqqətin mərkəzləşməsi daha güclü olacaq. Nar Altsheymer xəstəliyinin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir.

Meyvə qan azlığı ilə mübarizə üçün əla vasitə sayılır. Narda çox sayda dəmir birləşməsi var.

Diabetdən əziyyət çəkənlər nar şirəsini dərman kimi qəbul etməlidir: gündə 4 dəfə (hər biri 60 damcı) yeməkdən əvvəl. Meyvə qlükoza, fruktoza və qanda şəkərin lazımi səviyyəsini dəstəkləyən komponentlərlə zəngindir.

Narın qabığı, ləti və tumları antibakterial və göbələkəleyhinə xüsusiyyətlərə malikdir. Soyuqdəymə, zökəm və oxşar xəstəliklər nar yeməklə müşayiət edilməlidir. Böyrək xəstəlikləri, diareya zamanı qabığın dəmləməsini içmək icazə verilir, zeytun yağı ilə qurudulmuş və toz halına gətirilmiş nar qabığı isə dəri çatları, yanıq və oxşar xəsarətləri sağaltmağa kömək edir.

Xərçəng xəstəliyinin inkişafının qarşısını almaq üçün nar şirəsi qəbul etmək olar. Sübut olunub ki, nar döş və prostatdakı şişlərlə mübarizədə kömək edir.

Xəbər 1163 dəfə oxunub.




19.03.2024  15:13 

Fərid Bakarova hökm oxunub

19.03.2024  12:42 

Sabahın hava proqnozu açıqlanıb

19.03.2024  11:28 

Türkiyədə zəlzələ olub

19.03.2024  11:25 

Ərdoğan Putini təbrik etdi

19.03.2024  11:15 

Si Cinpin Makronla görüşəcək.

19.03.2024  10:08 

FHN əhaliyə müraciət edib


BÜTÜN XƏBƏRLƏR +