Müdafiə Nazirliyi daha bir açıqlama yaydı
Nəzakət Teymurova koronavirusa yoluxdu
Bu yollarda hərəkət məhdudlaşdırılır
Sabah Bakıda yağış yağacaq
190 manatın verilməsi başa çatdırıldı
Tramp ilk dəfə maskayla bağlı söz verdi
Bu gün qəbul imtahanı var
1565 müəllim iş yerini dəyişib
Daha 3 ölkə karantin rejimini uzatdı
Magistraturaya qəbul olanların nəzərinə


13.02.2020  14:21 

Batmış səsə elegiya





A+  A-

Elxan Allahverdiyev Binəqədiyə (il yarım öncə) icra başçısı təyin olunan ərəfələrdə onunla bağlı olduqca müsbət rəy formalaşdı: ki, olduqca yaxşı adamdır, mədənidir, təvazökardır və s. Düşündüm ki, yeni başçı şəxsiyyət olaraq belə bir müsbət xarakterə malikdirsə, iş metodunu müəyyən müddətə qədər xarakterinə uyğun seçə bilər, amma onun mənsub olduğu Sistemin cövhəri eyni FON-lu olduğundan fərqlilik uzunmüddətli ola bilməz və mümkünsüzdür. Zaman ötdükcə, bu, gerçəklik olaraq özünü təsdiqləyir: E.Allahverdiyev də bu FON-la eyniləşməkdədir – hətta, bunu istəməsə belə.

Sakini olduğum binanın (7-ci mik, bina 14) illərdir ki, sadə problemi – kanalizasiya və istilik sistemi öz həllini tapa bilmirsə, başçı şəxsiyyət olaraq nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olsa da, təqdir oluna bilməz – çünki cavabdehdir və burada iki nəticə ortaya çıxır:
1) mövcud vəziyyətdən xəbərsizdir;
2) xəbərdardır, amma əhəmiyyətsiz yanaşır.

Hər iki hal qəbuledilməzdir, qınanılmalıdır və tələb olunmalıdır ki, cənab başçı, insanların haqq səsini eşitməyə birbaşa mükəlləfsiniz, problemlərini həll etməklə bağlı qərar vermək sizin vəzifə borcunuzdur. Baxın, bizim blokun sonuncu – 5-ci mərtəbəsində yaşayan (mənzil- 44) və yaşı 70-i haqlayan təqaüdçü müəllimə S.Şıxlinskaya artıq hər şeydən bezdiyini deyir.

Əslində, dövlətin idarə və müəssisələri bu ağbirçək xanımı o həddə çatdırıblar ki, yaşının bu vədəsində özünü bütün hüquqlardan məhrum olunmuş kimi hiss edir – çünki səsi eşidilmir. Sadə bir istəyi var bu xanımın və bəlkə də “JEK” səviyyəsində həll oluna bilər. İstəyir ki, mənzilinə istilik verilsin və almadığı istiliyə görə hər ay abonent koduna borc yazılmasın. Demək olar ki, hər gün müxtəlif ünvanlara telefon açaraq istiliyin verilməsini tələb edir. Bilirsinizmi, nə olur? Soyuqdan donur, amma səsini eşidən olmur. Dövlət idarəçiliyi budurmu? Yaxud, binanın zirzəmisi üfunət gölməçəsinə dönüb, kanalizasiya suları birbaşa oraya axır – burada həşaratların bütün növünə rast gəlinir, amma cavabdeh qurumlardan bir insan övladı ortaya çıxıb bu məsələnin həllinə qərar vermir. Bunun bir adı var: vətəndaşa sayğısızlıq və dövlət mexanizminin çöküşünə aparan sistemli iş metodu. Bu sayaq iş metodu bir işə yarayır: Sistemin ömrünü qısaldır, onun çöküşünü sürətləndirir.

İndi icra hakimiyyətinin səhabələri deyəcək ki, bəs, “bunlar bizlik məsələ deyil, digər aidiyyəti qurumlar bu işə məsuldur” və s. İlkin olaraq belədir: istiliyə “Azəristiliktəhcizat” ASC, kanalizasiya məsələsinə isə “Azərsu” ASC birbaşa cavabdehlik daşıyır. Amma boşuna cavabdehlik heç nəyi həll etmir. “Azəristiliktəhcizat” verilməyən istiliyə görə sakinlərin adına “borc” pul yazmaqla, “Azərsu” isə iki-üç aydan bir minnətlə gəlib çirkab suyu çəkməklə işini bitmiş bilir. Əgər, bu qurumlar birbaşa sayğısızlıq sərgiləyirsə, vətəndaş nə etməlidir, dərdini kimə deməlidir? Əlbəttə, ilk olaraq yerli İcra hakimiyyətinə. Bu qurum da susacaqsa, “bizlik deyil” söyləyəcəksə, o zaman vətəndaşda şüuraltı olaraq belə bir fikir formalaşacaq: dövlət öz vətəndaşına sahiblik etmək istəmir, yaxud da belə bir iqtidarda deyil. Bu düşüncə insanda adekvat nəticəni ortaya çıxaracaq: yəni, məni sevməyəni mən niyə sevməliyəm. Bu, həm də Sistemin dərinliyinə qədər uzanan yarı gizli, yarı aşkar çatların mövcudluğunun təsdiqidir. Diqqət edin, yuxarıların məsuliyyətsizliyi səbəbindən ölkənin milli təhlükəsizliyinə qurşaqdan aşağı zərbə bu sayaq vurulur – vətəndaş haqlı olaraq dövlətdən, onu yönəldənlərdən narazı qalır. Bu, olduqca təhlükəli gələcəyin vədidir... İnsanların bunca aşağılanması, bezdirilməsi, dövlətlə vətəndaş arasında vətəndaşlıq bağlarının qırılmasına yönəlik başıpozuq hərəkətlərə yol verilməsi təbii olaraq bu nəticəni özlüyündə ehtiva etməyə bilməz. Əgər, vətəndaşın ölkə mənsubluğundan qürurduyma rıçaqları bilərəkdən, yaxud bilməyərəkdən qırılırsa və yaxud bu müstəvidə edilən hərəkətlərə göz yumulursa, o zaman sonluğun nə ilə nəticələnəcəyinin təhlilinə də ehtiyac qalmır. Bunlar, təkcə yolverilməz deyil, həm də məsuliyyətsizlikdən qaynaqlanan dövləti cinayətə bərabər hərəkətlərdir - hələ ki, cavabsız qalır.

Söz gəlişi: Ötən ilin sonuna yaxın binamızda alayarımçıq və başdansovdu kosmetik təmir işləri aparılaraq “uğurla” başa çatdırıldı. Sakinlər son 30 ildə ilk dəfə olaraq bu halın yaşandığını müşahidə edə bildi. Bəlkə də həmin “təmir işlərinin” içində binanın zirzəmisi, istilik sistemi və daha nələr və nələr də öz “həllini” tapıb – təbii ki, sənəd üzərində.

Vasif Hüseynov


Xəbər 6191 dəfə oxunub.



12.07.2020  19:11 

“Sabah”da yeni təyinatlar

10.07.2020  18:16 

Millinin baş məşqçisi bəllidir

10.07.2020  13:36 

Sabah Bakıda yağış yağacaq

10.07.2020  09:54 

Bu gün qəbul imtahanı var

10.07.2020  09:12 

1565 müəllim iş yerini dəyişib


BÜTÜN XƏBƏRLƏR +