Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


12.02.2020  11:08 

Daha bir marşrut kart sisteminə keçir





A+  A-

Bakı Nəqliyyat Agentliyinin (BNA) tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.
BNA-dan XəzərNews.az-a verilən məlumata görə, 14 fevraldan 26 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək:

“Digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək”.

Eyni zamanda qeyd edilib ki, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür:

“Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsi nəzərə alınmaqla icra edilir”.

Xəbər 3023 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +